ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müsəlman şərqində ikinci demokratik dövlətin qurulmasının ildönümüdür

 28 May 1918-ci il tarixində İranda məşrutiyyət hərəkatının nəticəsi olaraq ilk demokratik hökumətin qurulmasının ardınca Britaniya və Osmanlı dövlətinin himayəsi ilə müsəlman şərqində ikinci demokratik dövlət adlandırılan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. O vaxt sözü gedən imperiyaların bu himayədən əsas məqsədləri ruslarla rəqbət əsasında onların nüfuz dairələrini məhdudlaşdırmaq olmuşdur. Azərbaycan tarixçiləri isə bunu Britaniya və Osmanlı dövlətlərinin köməyi kimi qələmə verirlər.

Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasındakı coğrafi xəritələrin çəkilməsi də məhz o vaxta təsadüf edir və 3 imperiyanın razılığı əsasında olur. Daha doğrusu sözü gedən xəritə ilə sonrakı ərazi mübahisələrinin təməli qoyulur.

Beləliklə də 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti yaradılır.

1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və Cümhuriyyət iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button