AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Türkiyə Əhli-beyt (ə) Alimləri İcmasının sədri: İran Qarabağ müharibəsində Azərbaycana çoxlu köməklər etmişdir

Qədir Akaras deyib: “İran Qarabağ müharibəsində Azərbaycan Respublikasına çoxlu köməklər etmişdir, lakin bunlar iki ölkə xalqlarına açıqlanmadığı üçün bugün hamı o xidmətləri unudub. Bu unutqanlıq yaxşı deyil.”

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ərdəbildə Azad İslam Universitetinin toplantı salonunda ikinci Qarabağ müharibəsinin vəziyyətinin araşdırılması istiqamətində keçirilən Beynəlxalq Qarabağ Konfransına vebinar vasitəsilə qatılmış Türkiyə Əhli-beyt (ə) Alimləri İcmasının sədri Qədir Akaras Qarabağ münaqişəsindəki problemlər və onun həll yolları barədə danışaraq deyib: “Qarabağ münaqişəsində iki əsas problem mövcuddur və bu problemlər yalnız müsəlmanların birliyi və həmrəyliyi ilə həll ola bilər.”

Ermənistanın Qarabağı işğal etdiyini vurğulayan icma sədri deyib: “Regionda pantürklərin fəaliyyəti də Qarabağ bölgəsindəki problemlərdən biridir.”

Akaras bildirib ki, Ermənistan Qarabağda yaşayan erməniləri bəhanə edərək bu bölgəni işğal etməyə başladı. Bugün Azərbaycan müsəlmanlarının qiyamının bərəkəti ilə bu ərazilər işğaldan azad edilir.

O, İslam İnqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsi barədə bəyanatına toxunaraq deyib: “Dünya müsəlmanları Rəhbərinin Qarabağın azad olunmasını dəstəkləməsi regionda böyük əks-səda doğurdu və Qarabağın İslam torpağının bir parçası olması həqiqətini bir daha sübut etdi.”

Türkiyə Əhli-beyt (ə) Alimləri İcmasının sədri İslam İnqilabının Böyük Rəhbərinin çıxışında İslam Peyğəmbərinin (s) davranışından gözəl bir məsələnin də xatırlandığına toxunaraq deyib: “Ali Məqamlı Rəhbər öz çıxışında İslam Peyğəmbərinin (s) sünnə və davranışının gözəlliklərini də xatırladaraq buyurdu ki, İslamda yaxşı qonşuluq münasibətləri tələb edir ki, Qarabağda yaşayan erməni azlıqlarının da təhlükəsizliyi təmin edilsin.”

  1. Akaras Azərbaycan Respublikasının qarşısında dayanan fitnələrə də işarə edərək deyib ki, imperializm və sionizm İslam ölkələrində fitnə yaratmaq ardıncadırlar və böhran yaratmaqla bu ölkələrdə öz məqsədlərinə çatmaq istəyirlər.

İcma sədri irqçilik və millətçilik kimi ünsürləri sionist rejiminin fitnə yaratmaq üçün nəzərdə tutduğu planlar adlandıraq deyib: “Bugün imperializm İŞİD qalıqlarını Qarabağ bölgəsinə yeritməklə yeni fitnələr ardıncadır. Azərbaycan xalqı diqqətli olmalıdır ki, bu ölkə yaxın gələcəkdə İraq və Suriya kimi ölkələrin taleyinə düçar olmasın.”

Şiə Ayparasına işarə edən sədr deyib: “Bu Ayparanın bir tərəfi Azərbaycan Respublikasıdır. Ona görə də İslam düşmənləri bu Ayparanın bir tərəfini aradan qaldırmaqla İslamın regionda güclənməsinə mane olmaq istəyirlər.”

  1. Akaras İranın Azərbaycana köməklərinin işıqlandırılması ilə yanaşı, region müsəlmanları arasında yaxşı qonşuluq və islami qardaşlığın yaranmasını sionizm və imperializmin məkirli planlarını puç etməkdə önəmli amil adlandıraraq deyib: “İran Qarabağ müharibəsində Azərbaycan Respublikasına çoxlu köməklər etmişdir, lakin bu köməklər iki ölkə xalqına açıqlanmadığı üçün indi bütün bu xidmətlər unudulub. Bu unutqanlıq yaxşı hal sayılmır və ən azından mövcud sənəd və faktlara istinad etməklə bu xidmətləri yenidən göstərmək lazımdır ki, Azərbaycan xalqı İranın onlara köməklərini başa düşsün.”[youtube url=”video_url” width=”560″ height=”315″]

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button