AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Ərdəbil Azad Universitetinin rektoru: Qarabağ Aşura şüarları ilə azad olunacaq

Doktor İshaq Rəsuli: “Qarabağ yalnız Aşura şüarları ilə azad olunacaq. Çünki Qarabağ İslam torpağıdır və işğalçılar İslam torpaqlarında məğlubiyyətə məhkumdur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ərdəbildə Qarabağ bölgəsində vəziyyətin araşdırılması məqsədilə Beynəlxalq Qarabağ Konfransı keçirilib. Ərdəbil Azad İslam Universitetinin toplantı salonunda baş tutan konfransın natiqlərindən biri də həmin universitetin rektoru doktor İshaq Rəsuli olub. Rektor çıxışında dünyada imperialist güclərin süqutuna işarə edərək deyib: “İmperialist ölkələr bugün öz varlığını saxlamaq üçün hər vasitəyə əl atırlar.

Amerikanın öz regional və regiondan qıraq qüvvələrini İranın qonşuluğuna enjeksiyası bölgə ölkələrini parçalamaq, onlara qarşı zülm və istismarla öz həyatına davam etdirmək istiqamətindədir.”

Doktor Rəsuli çıxışının davamında elmi dairələrin müxtəlif sahələrdə səmərəliyinə də toxunaraq deyib: “Böhranlardan çıxış üçün elmi toplantıların təşkili, hadisələrin təhlili və həll yolu təqdim etmək unversitet və elmi dairələrin fəaliyyətləri sırasındadır. Bu üzdən elm sahəsində fəaliyyət göstərən bir sinif kimi elan edirik ki, müharibə hər hansı şəraitdə xalqların xeyrinə deyil.”

O, İranın qonşuluğundakı ölkələrdə sülh və təhlükəsizliyin bərqərar olmasını istəyərək deyib: “Qarabağ məsələsi çox aydın bir məsələdir. Çünki Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və Ermənistan gec-tez bu bölgəni tərk etməlidir.”

Rektor bugün Qarabağ münaqişəsində bəzilərinin öz maraqları ardınca olduğuna da toxunaraq deyib: “Bəziləri bu münaqişədə dolayısı ilə iştirak etməklə münaqişənin içində olan ölkələri parçalamaq, beləliklə öz zülm və istismarlarını davam etdirmək istəyirlər.”

Doktor Rəsuli sərhədlərə hörmətlə yanaşılmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycan Respublikası xalqı bəsirəti və ayıq-sayıqlığını artırmaqla yadların bu ölkədə hüzuruna icazə verməməlidir.

Ümumi diplomatiyadan da söz açan rektor deyib: “Bu növ diplomatiyada insanlar hökumətlərin əməl və hərəkətinə diqqət etmədən xalqın ümumi maraqlarına doğru hərəkət edirlər.

Hökumətlərin baxışında sərhədin məna və anlamı vardır. Ümumi diplomatiyada isə xalq təhlükəsizliyin təminindən əlavə, qarşılıqlı münasibətləri də istəyirlər.”

Ərdəbil Azad İslam Universitetinin rektoru Azərbaycanın təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu vurğulayaraq deyib: “Qüds İslamın bir parçası olduğu kimi Qarabağ da İslamın bir parçasıdır və bu qaydadan müstəsna deyil.”

Doktor Rəsuli təkfirçilərin, Amerika və sionist rejimi muzdurlarının Qarabağ bölgəsində hüzuruna görə narahatlığını bildirərək deyib: “Qarabağ yalnız Aşura məktəbinin şüarları ilə azad olunacaq. Çünki Qarabağ İslam torpağıdır və işğalçılar İslam torpaqlarında məğlubiyyətə məhkumdurlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button