ArxivXəbər lentiXəbərlər

MÜAYİNƏ ADIYLA GƏTİRİLƏN MƏHBUS KARSA SALINDI

Misirin həbsxanada olan və edam hökmü ilə cəzalandırılan eks-prezidenti Məhəmməd Mursi oğlu ilə görüşüb.

 Dünən keçirilən məhkəmədən sonra atası ilə 15 dəqiqə görüşdüyünü deyən oğul Usame Mursi mətbuata açıqlama verib.

 “Atam məni gülümsəyərək qarşıladı, psixologiyası çox yaxşı idi. Nikbin və qərarlı tərzlə mənə “İnqilab davam edir” söylədi. Daha çox xalqın sosial vəziyyətini, qiymətləri soruşdu. Ona bunların pis olduğunu çatdırdım”, deyə Usame Mursi jurnalistlərə bildirib.

 Misirdə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursi, “Həmas”a yardım və həbsxanadan fərarilik ittihamı ilə mühakimə olunaraq edama məhkum edilib.

 Ondan başqa, “Müsəlman Qardaşlar” təşkilatının üst səviyyəli 17 rəsmisinə də edam cəzası verilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button