ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müdafiə Xətti İnsan Haqları Təşkilatının 2021-ci ilin 13 dekabr-19 dekabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı BÜLLETENİ

2021-ci ilin 13 dekabr- 19 dekabr tarixləri arasında Müdafiə Xəttinin qeydə aldığı hüquq pozuntularını təqdim edirik:

13 dekabr 2021-ci il. Bakı şəhərində, Fəvvarələr meydanında siyasi məhbus, qanunsuz həbsinə protest əlaməti olaraq aclıq aksiyası keçirən Saleh Rüstəmova azadlıq tələbi ilə etiraz aksiyası keçirilib. “Müdafiə Xətti” bildirir ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin çağırışı ilə keçirilən etiraz tədbirində 40-dan çox fəal saxlanılıb, polis qeyri-adekvat güc tətbiq edilib. Etiraz aksiyasında saxlanılan, sonradan sərbəst buraxılan şəxslərin siyahısı:
1. Tofiq Yaqublu (Müsavat partiyasının, Milli Şura Koordinassiya Mərkəzinin üzvü.)- 400 manat cərimə
2. Babək Həsənov (Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nərimanov rayon şöbəsinin sədri)- 400 manat cərimə
3. Mehriban Huseynli (AXCP Xəzər RŞ sədri)- 400 manat cərimə
4. Şəkər İsgəndərli Şükür (AXCP Yevlax RŞ sədri)
5. Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)
7. Firəngiz Məmmədhəsənova (Saleh Rüstəmlimin xalası qızı)
8. Nigar Həzi (Müsavat partiyasının üzvü)
9. Kənan Zeynalov (Basqal) (AXCP) -400 manat cərimə
10. Gülnarə Rəhimova (AXCP) -400 manat cərimə
11. Tünzalə Əmirova (AXCP)
12. Səbinə Mirzəyeva (AXCP)-400 manat cərimə
13. Ülviyyə Əkbərli (AXCP)
14. Mətanət Mahmarzayeva (Turan) (AXCP)
15. Qulu Məmmədli (AXCP)
16. Rəşid Turabov (AXCP)- 200 manat cərimə
17. Mətanət Ismayil (Müsavat)
18. Arifə (Afa) Cəfərova (AXCP)
19. Əziz Məmiyev (Müsavat)
20. Əlikram Xurşidov (Müsavat)
21. Ənvər Ağamalızadə (ADR)
22. Əvəz Hüseyinli (AXCP)
23. Şamil Nəsirov (AXCP)- 400 manat cərimə
24. Idris Əmiraslanlı (Müsavat)
25. Xəzər Salmanlı (AXCP)
26. Mehman Süleymanov (AXCP)
27. Nüşabə Atakişiyeva (AXCP)
28. Zaur Hüseynov (AXCP)
29. Sevinc Gözəlova (AXCP)
30. Nizami Qəhrəmanlı (AXCP)
31. Asəf Məlikzadə (AXCP)
32. Ramil Məmmədov (AXCP)
33. Elnur Quliyev (AXCP)
34. Təvəkkül Həsənov (AXCP)
35. Füzuli Qəhrəmanlı (AXCP Beyləqan RŞ sədri)
36. Şirvan Soltanov (AXCP) -100 manat cərimə
37. Sevinc İsmayılova (AXCP)
38.Arif Yunus (AXCP)
39.Akif Əlləzov (AXCP)
40. Babək Cabbarlı (AXCP)
41. Fərid Nağıyev ( AXCP)
42. Arifə Quliyeva ( bitərəf)
43. Mövsüm Məmmədov ( ictimai fəal)
13 dekabr 2021-ci il. Jurnalist, Azel TV-nin əməkdaşı Sevinc Sadıqova Bakı şəhərində, Fəvvarələr meydanında siyasi məhbus, qanunsuz həbsinə protest əlaməti olaraq aclıq aksiyası keçirən Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən etiraz aksiyasında çəkiliş apararkən polisin kobud davranışı ilə qarşılaşıb. S. Sadıqovanın həyat yoldaşı, Azel TV-nin rəhbəri Əfqan Sadıqov siyasi ağırlıqlı cinayət təqibinə məruz qalmaqla azadlıqdan məhrum edilib.
17 dekabr 2021-ci il. AXCP Xətai şöbəsinin üzvü Nata Katamadze polislər tərəfindən saxlanılaraq 37-ci polis bölməsinə aparılıb. Həbs olunmasına səbəb canlı yayım açıb hakimiyyəti tənqid etməsi olub.
17 dekabr 2021-ci il. “Müdafiə Xətti”nə daxil olan məlumata görə 11-ci sinif şagirdi Əli Məlikov məktəbdə orientasiyasına görə bullinqə məruz qalır, məktəbə gedə bilmir. Digər məktəbliləri manipulyasiya edib Əliyə qarşı statuslar yazmağa məcbur edirlər. “Müdafiə Xətti” Ə.Məlikovla əlaqə saxlayıb, hüquqlarının qorunması üçün hərəkətə keçib.
18 dekabr 2021-ci il. Esmira Həziyeva feminist olduğu üçün Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təzyiqlərə məruz qalıb. O, dekanlığa şikayət etsə də, dekanlıq məsələyə ciddi yanaşmayıb. “Müdafiə Xətti” olaraq E. Həziyeva ilə əlaqə yaradıb, lazımi hüquqi xidmət göstərmə çalışacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button