ArxivmədəniyyatXəbər lentiXəbərlər

“Müdafiə Xətti” Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 58 saylı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 2-16 oktyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 58 saylı bülleteni
04 oktyabr 2022-ci il. Bakıda Fəvvarələr meydanında bir qrup heyvansevər fəal rəsmi orqanlar tərəfindən sahibsiz itlərin güllələnməsinə etiraz olaraq aksiya keçiriblər. Aksiyaçılar “İtlər yanımızda, itlər yuvamızda!”, “Belə yaşamaq çətin, bizə bunu çox görməyin!” şuarları səsləndirib, “Balaca canlara sahib çıxaq!”, “Toplanın vəhşiliyinə son qoyaq!”, “Qan gölü, küçələrdən keçib gəlmişik!” sözləri yazılan plakatlar qaldırıblar. Polis aksiyaya maneçilik törədib. İştirakçılar saxlanılıblar, bir qədər sonra sərbəst buraxılıblar.
O5 oktyabr 2022-ci il. Övladlarına şəhidlik statusu verilməyən valideynlər Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar bildiriblər ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsələr də, onlara illərdir bu status verilmir.
06 oktyabr 2022-ci il. Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət verib. Məhkəmənin ittiham hökmü əsasında əsasında polkovnik Elnur Məmmədov 6 ay azadlıqdan məhrum edilib. Polkovnik Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib. Elnur Məmmədov son dövrlər ordu rəhbərliyini sərt tənqid edirdi. Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkir.
06 oktyabr 2022-ci il. Bir qrup qazi əlillik dərəcəsinin verilməsi tələbi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz ediblər.
12 oktyabr 2022-ci il. Yetkinlik yaşına çatmayan şəxsə-Sənay Yağmura qarşı zor tətbiq etməklə cinsi əlaqədə olan Əsgər Ağazadə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edilən cinayət əməli üzrə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulsa da, məhkəmə minimum cəza verib. Əsgər Ağazadə haqqında tətbiq edilən cəza ədalətli olmayıb, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmayıb.
13 oktyabr 2022-ci il. “Demokratiya 18” Hərəkatının inzibati həbsdə olan sədri Əhməd Məmmədli ilə oktyabrın 7-dən əlaqə saxlamağa imkan verilmir. Yaxınları işgəncə ehtimalından çox narahatdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button