ArxivXəbər lentiXəbərlər

Mövsüm Səmədovun atasının 40 mərasimi keçirilib- (Foto)

Bü gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə partiyanın həbsdə olan sədri hacı Mövsüm Səmədovun atası Mərdan Səmədovun vəfatının 40-cı günü ilə əlaqədar məclis keçirilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, mərasimdə ölkənin ictimai siyasi, o cümlədən tanınmış din xadimləri iştirak ediblər.

Tədbirdə ruhanilər çıxış edərək Quran ayələri və hədislər deyiblər.

Yas məclisində Azərbaycan bölgələrindən əksəriyyət dindarlar iştirak ediblər.

Mərasimdə AİP-in sədr əvəzi, ilahiyyatçı Elçin Manafov, ilahiyyatçı Zülfüqar Mikayılzadə, ilahiyyatçı ŞahinHəsənli, ilahiyyatçı Hacı Əli Əliyev və başqaları çıxış ediblər.

Tədbirdə həmçinin tanınmış ictimaiyyət təmsilçiləri KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri PənahHüseyn, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, QAT sədri Akif Nağı, azərbaycanlı ssenarist və kinodramaturq  Eldəniz Quliyev,  MMDİB-nin sədri ilahiyyatçı Ruhullah Novruzzadə,  MüsəlmanBirliyi Hərəkatının sədr əvəzi, ilahiyyatçı Elçin Qasımov, Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, Nardaran ağsaqqaları Kərbəlayi Natiq Kərimov  və Hacı Hacıağa Nuri iştirak ediblər.

Fotolar “İslamınsesi” portalına məxsusdur.

Fotolar açmırsa aşağıdakı xətti klikləyin.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button