ArxivXəbər lentiXəbərlər

Moskvada uşaq bağçasında 3 yaşlı azərbaycanlı qızın meyiti tapılıb

Əslən İmişli rayonundan olan Zəhra Quliyevanın şaxtadan donduğu bildirilir

Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata əsasən, hadisə Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından birinin, azərbaycanlı, 2015-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər.

Bir versiyaya görə, 3 yaşlı Zəhra gəzinti zamanı qarda yıxılıb və ayağa dura bilməyib. Digər versiyaya görə isə Zəhranın vəziyyəti pisləşib və o yıxılıb, onun yıxıldığını isə heç kəs hiss etməyib.

Faktla bağlı Rusiya İstintaq Komitəsində Cinayət Məcəlləsinin 109-cu maddəsi (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilər Zəhranın ölüm səbəbinin “bioloji” olduğunu bildirir, tərbiyəçinin səhlənkarlıq etməsini inkar edirlər.

Hadisə bütün Rusiya mətbuatının diqqətində olub.  KİV-də qeyd olunan fərziyyəyə görə, Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib. Tərbiyəçilər onun yoxluğunu çox gec hiss ediblər. Zəhra tapılanda isə artıq gec olub. Təcili tibbi yardım çağırılsa da, körpə artıq keçinib.

Zəhranın ölüm səbəbinin “bioloji” olduğunu isə valideynləri qətiyyətlə rədd edirlər. Atası Niyaz Rzayev üç övladının olduğunu, Zəhranın isə ən kiçik övladı olduğunu bildirib: “Zəhra sağlam uşaq idi. Az öncə onu həkim müayinəsindən də keçirmişdik, heç bir problem aşkarlanmamışdı. Bu gün səhər həmişəki kimi anası onu bağçaya aparmışdı. Günorta isə mənə zəng edib bu xəbər verdilər”.

Rzayevlər ailəsinin yaxınlarının APA-nın Moskva müxbirin verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button