ArxivXəbər lentiXəbərlər

Moskvada müsəlmanlar üçün ilk ticarət-biznes mərkəzi açılacaq

Tezliklə Moskvada ilk müsəlman ticarət-biznes mərkəzi “Bərəkət” açılacaq.

Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, layihənin məqsədi halal istehsalçılar üçün daimi mərkəzin olmasından ibarətdir. Bununla da, bu mərkəz istehsalçılar üçün bir meydança rolunu oynayacaq.

Planlaşdırılır ki, mərkəzdə bir çox halal mağazalar şəbəkəsi fəaliyyət göstərsin. Bura, ərzaq, kosmetika, aksessuarlar, geyim və eləcə də sağlamlıq üçün mal və xidmətlər daxil olacaq.

Bundan əlavə, təşkilatçıların planlarına əsasən, mərkəzin binasında müxtəlif tədbirlər, treninqlər, mütəxəsis rəyləri, xeyriyyə aksiyaları, müsəlman modası nümayişləri və s. müsəlman forumları təşkil olunacaq.

Qeyd edək ki, mərkəzdə bir sıra müsəlman təşkilatlarının mərkəzi açılacaq. /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button