AktualArxivXəbər lentiXəbərlər

Moskvada İran və Rusiya yüksək rəhbərliyi arasında görüş baş tutub – Ətraflı

İslaminSesi Ria-ya istinadla xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Rusiyada rəsmi səfərdədir.

İran prezidentinin Rusiyada keçirdiyi ilk görüş Rusiyanın baş naziri Dmitriy Medvedyevlə olub. Ruhani, görüşdə Moskvaya səfərinin iki ölkənin münasibətlərində yeni dönüş nöqtəsi olacağına ümidvar olduğunu bildirib.

“…biz son illər ərzində ölkələrimizin arasındakı münasibətlərdə müsbət dinamikanın qurulduğuna çox şadıq”.

“Ümidvaram ki, Moskvaya bu səfər zamanı münasibətlərin inkişafında yeni dönüş nöqtəsinin şahidi olacağıq”, – deyə Ruhani bildirib və qeyd edib ki, ötən müsbət dönüş RF prezidenti Vladimir Putinin Tehrana səfəri ilə əlaqədar baş verib.

“Çox şadıq ki, münasibətlərimiz hansısa bir sahədə məhdudlaşmır, siyasi, iqtisadi, mədəni sahələrdə, beynəlxalq və regional işlərdə uğurla inkişaf edir”, – deyə İran prezidenti bildirib.

“Sizin səfərinizin maksimum səmərəli olacağına ümidvar olduğumu bildirmək istərdim. Hazırda bizim ölkələrimiz arasında mərhəmətli, inkişaf etdirilmiş münasibətlər yaranıb və sizin səfəriniz onları daha dərin və tərəfdaşlı etməyə imkan verir”, – deyə Medvedyev Ruhani ilə görüşdə bəyan edib.

“İcazə verin, sizin səfərinizin ən yüksək səviyyədə keçiriləcəyinə və Rusiya-İran əməkdaşlığında yeni səhifə açacağına əmin olduğumu bildirim”.

İran İslam Respublikasının prezidentinin çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi və görüşdə ticari-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi perspektivlərinin, o cümlədən energetika sahəsində və nəqliyyat infrastrukturunda iri birgə layihələrin həyata keçirilməsi kontekstində müzakirələrin edəcəyi bildirilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Putin və Ruhaninin dünya və regional gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparacaqları gözlənilir. Danışıqların yekunları üzrə bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Daha öncə Rusiya və İranın sənaye sahəsində birgə 10 milyard dollar dəyərində layihələrin həyata keçirilməsini müzakirə etdikləri bildirilirdi. Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, artıq Rusiya İrana vaqonlar göndərir, indi söhbət Sukhoi Superjet təyyarəsinin tədarükü haqqında əməkdaşlıq üzrə, digər istiqamətlərdə gedir. Rusiyanın neft-qaz şirkətləri İranda 11 yatağın işlənilməsində iştirakla bağlı danışıqlar aparır. Novak bildirmişdi ki, razılaşmanın iki (“Rosgeologiya” və Zarubejneft” şirkətlərinin müqavilələri) layihəsi yüksək dərəcədə hazırlıqdadır. Ehtimal olunur ki, bu müqavilələr səfər zamanı imzalanacaq.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button