ArxivXəbər lentiXəbərlər

Moskva bilir ki, Bakı Qarabağı azad edəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanmasını istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq Azərbaycanın bu yaxınlarda Moskvadan yeni silahlar almasının kommersiya əsasında oldğunu bildirsə də, məsələnin başqa tərəflərinə də işıq salıb:

“Moskva regionda münaqişənin alovlanmasını istəmir. Çünki Rusiyada yaxşı dərk edirlər ki, müharibə Kremlin maraqlarına cavab verməyəcək. Azərbaycanın Rusiyadan müasir silahlar alması o deməkdir ki, Bakı mübarizəni davam etdirəcək və bütün vasitələrdən istifadə edib torpaqlarını azad edəcək. Məhz buna görə də Azərbaycan hazırda hərbi potensialını artırır. Moskva da bilir ki, Azərbaycan torpaqlarını Ermənistandan asanlıqla azad etməyə qadirdir və bunu edəcək”.

Politoloq bildirib ki, Moskva bundan sonra da balansı saxlamaq üçün Azərbaycana ödənişli şəkildə, Ermənistana kifayət qədər aşağı qiymətlərlə silah göndərməkdə davam edəcək: “Bu, Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button