ArxivIslamXəbər lentiXəbərlər

Möhsin Qəraətidən vəhhabilərə tutarlı cavab…

Ziyarətgahlara pənha aparmaq düzgündürmü?

höccətül – islam vəl – müslimin Möhsin Qəraəti ziyarətgahlarda insanın rahatlıq tapması və mənəvi atmosferə qərq olmasının səbəbi ilə bağlı suala cavab verib.

Verilən sual və onun cavabı belədir:

Quranda belə oxuyruq:

Sual:

«ألا بذكر اللّه تطمئنّ القلوب»

“Bilin, ancaq Allahın zikri (xatırlamaq) ilə ürəklər xatircəm olur”. (Rəd. 28)

Belədirsə, ziyarətgahlara pənah aparmağın səbəbi, oradan rahatlıq ummağın, ruhi qida və mənəvi sakitlik gözləməyin nə əhəmiyyət və səbəbi ola bilər?

Cavab:

Şübhəsizdir ki, aramlıq, rahatlıq Allah tərəfindən verilir. “Fəth surəsinin 4- cü ayəsində “Sakitliyi (aramlığı Allah) nazil etdi” deyə buyurulması buna bir sübutdur. Söhbət bundan ibarətdir ki, Allah bu aramlıq və sakitliyi hardasa, kimdəsə, nəydəsə qoya və yerləşdirə bilər. Neçə ki, Allah – Təala Bəni – İsrailn zamanında Həzrət Musanın (ə) qoyularaq Nil çayına buraxıldığı sandığı aramlıq və rahatlq vasitəsi qərara verdi. Belə ki, Quranın Bəqərə surəsinin 248- ci ayəsində buyurulur:

« فیه سكینة من ربّكم »

“Onda (sandıqda) Rəbbiniz tərəfindən verilən bir sakitlik (rahatlıq, aramlıq) var”.

Şəfa vermək Allahın əlindədir. Neçə ki, Şuəra surəsinin 80 – cı ayəsində “Və o şəfa verir” deyə buyurulur. Buna baxmayaraq şəfanı balda da qoyub. Nəhl surəsinin 69 cu ayəsində bununla bağlı “Və onda (balda) şəfa vardır” deyə buyurur.

Qeyb elmi Allaha məxsusdur. Buna baxmayaraq, O, qeyb elminin bir hissəsini razı olduğu şəxslərə də öyədir:

(Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.

“Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.)” (Cin, 26- 27)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button