Aktual

Milli Şura vahid namizədin kimliyini gizli saxlayacaq

“Sessiyanın dəqiq vaxtı müəyyən olunmayıb. Vaxt bizim xeyrimizə işləmədiyindən nə qədər tez yığışsaq bir o qədər yaxşı olar”.

Bizim vahid namizədimiz Rüstəm İbrahimbəyovun sənədlərində problem olarsa, biz digər konsepsiyaya keçidi nəzərdə tuturduq. Bir neçə nəfər namizədliyini irəli verir və qeydiyyatdan keçir. Sonda həmin əsas namizəd vahid namizədə çevrilir”. Bunları Deyerler.Org-a MŞ-da vahid namizəd ətrafında yaranan gərginliklə bağlı fikirlərini bölüşən MŞ-nın üzvü Eldəniz Quliyev bildirb.
O qeyd edib ki, vahid namizəd MŞ-da təyin olunsun, amma açıqlanmasın: “Seçkilərə bir neçə namizədlə gedək ki, hakimiyyət maneə yarada bilməsin. Yəni irəli sürülən namizədlər vahid namizədi qorumaq və hakimiyyətin diqqətini yayındırmaq üçün seçkilərə qatılacaqlar. Biz əsas namizəd məsələsini strategiya kimi yox, bir taktika kimi fikirləşmişik”.
Növbəti sessiyanın vaxtı haqqında sualımıza cavab verən Eldəni Quliyev bildirdi ki, hələ ki, müzakirə gedir: “Sessiyanın dəqiq vaxtı müəyyən olunmayıb. Vaxt bizim xeyrimizə işləmədiyindən nə qədər tez yığışsaq bir o qədər yaxşı olar”.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button