ArxivXəbər lentiXəbərlər

Milli Şura 24 sentyabr mitinqini ləğv edib

Milli Şura Azərbaycan Konstitusiyasına düzəlişlər üzrə referenduma qarşı sentyabrın 24-nə təyin edilmiş mitinqi keçirməkdən imtina edib. Bu barədə Turan-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.

Onun sözlərinə görə, aksiyanın keçirilməməsinə səbəb 17 sentyabr aksiyasının iştirakçılarının əsassız həbsləridir.

Razılaşdırılmış mitinqlərin iştirakçılarını da saxlayırlarsa, zəmanət verilmiş azadlıq şərtləri haqqında danışmağa belə dəyməz. Təqsirsiz insanların həbsinə yol verməmək üçün mitinq ləğv olunub, deyə o bildirib.

Öz növbəsində, DQMŞ-nin bəyanatında qeyd edilir ki, “razılaşdırılmış dinc mitinqlərin iştirakçılarına qarşı qanunsuz və zorakı əməllər referendumun tamamilə qeyri-legitim olduğunu təsdiq edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button