ArxivXəbər lentiXəbərlər

Milli Qəhrəmanın anım tədbiri keçirilib – FOTO

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbirini keçiriblər. 
Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimayyət nümayəndələri iştirak edib. 
 
FaktXəbər-in məlumatına görə, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında danışıb: “Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verib ki, “And olsun namusuma, el qızı, sənin qanın yerdə qalmayacaq”.
 
Çox çəkmir, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni hərbçisini məhv edirb. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürülür.”
 
Cəsur  kəşfiyyatçı 1994-cü il yanvar ayının 13-də, Lələtəpə yüksəkliyində döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
 
Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva göstəridikləri diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür edib.
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button