ArxivXəbər lentiXəbərlər

Daha bir jurnalist həbs olundu

“Kanal13″ün rəhbəri “sutkalıq”dan birbaşa “ağır cinayətlər”ə aparıldı

“Kanal-13” kanalının rəhbəri Əziz Orucov (Qaraşoğlu) haqda Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimakn tədbiri seçilib.

***

Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucov Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilmişdi. O İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılırdı.

Əziz Orucovun 30 sutkalığı bu gün bitirdi. Azadlığına 2 saat qalmış onu Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparıblar. Yoldaşı Lamiyə xanımın verdiyi məlumata görə, ona cinayət işi qaldırıblar. Başqa məlumat verilmir və hansı maddələrlə cinayət işi açılıb, məlum deyil.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button