ArxivXəbər lentiXəbərlər

Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun 2 hərbi mərkəzini darmadağın etdi

Azərbaycan Müdafiə Nazirliyi bu ölkə silahlı qüvvələrinin Ermənistan ordusunun mövqelərini ağır artilleriya atəşinə tutması və 2 hərbi qərargahı məhv etməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki bir ədəd müşahidə mərkəzi və daha bir müşahidə təsisatları mərkəzi Azərbaycan ordusunun ağır artilleriya hücumu zamanı məhv edilib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ötən bazar ertəsi günü Bakının yaxınlığında yeni bir hərbi bazaya baxış keçirdiyi zaman ordu komandanları qarşısındakı çıxışı zamanı regionda ikinci bir erməni dövlətinin yaradılmasını qeyri-mümkün adlandırmış və Azərbacyanın öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verməyəcəyini demişdi.

İlham Əliyev deyib: Qarabağın hüquqi statusu sadəcə Azərbaycan sərhədləri daxilində mümkün ola bilər və Qarabağ münaqişəsinin yeganə həll yolu da elə budur.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının ardınca başlandı. Daha sonra çıxan toqquşmalarda Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğal edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button