ArxivIslamSosialXəbər lentiXəbərlər

MBH sədr müavini polisə çağırılıb

  • Müsəlman Birliyi Hərəkatının sədr müavini polisə dəvət edilib.
Bu barədə MBH-nın rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumatda bildirilir:
Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı Sabunçu Rayon Polis İdarəsinə çağırılıb.
Polisdən bildirilib ki, Elçin Qasımlı qarşıdan gələn Məhərrəm ayı ilə bağlı ümumi söhbət üçün dəvət edilib.
Elçin Qasımlı hazırda idarədədir.

***
Yeniləndi- 18:30.
Elçin Qasımlı polis idarəsindən çıxıb.
Polisdən Elçin Qasımlıya çağırılma səbəbi kimi deyiblər ki, QMİ-nin məscidlər və məhərrəmlik ayinləriylə bağlı qərarı var. Bu qərara riayət etmək tövsiyə olunur. Qanunsuz yığıncaqlara polisin müdaxilə edəcəyi bildirilib.
Həmçinin son müraciətimizin düzgün olmadığı, alınan qərarların, o cümlədən məscidlərin bağlı qalmasının pandemiya ilə əlaqədar olduğunu söyləyiblər- deyə E.Qasımlının rəsmi səhifəsində yazılıb.

Xatırladaq ki, Elçin Qasımlının avqustun 14-də Məhərrəm ayı və məscidlərin bağlı olması ilə əlaqədar çıxışı olmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button