ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

MBH İdarə Heyəti üzvü çağırış etdi

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov həbsxanadan məktub ünvanlayıb.
O, məktubunda son əfv sərəncamına münasibət bildirib:
“Bildiyiniz kimi koronavirusla əlaqədar 6 aprel tarixində prezident əfv sərəncamı imzaladı. Bu sərəncəma əsasən yaşı 65 və daha yuxarı olan məhkumlar əfv olundu. Lakin buna baxmayaraq sərəncama uyğun olan məhkumların böyük əksəriyyəti hələ də həbsdədir. Vətəninə, millətinə və dövlətinə bağışlanmaz xəyanət edən Akif Çovdarovun azad edilməsi, bunun KİV-lərdə xüsusi vurğulanması onu göstərir ki, hakimiyyətdə hələ də Çovdarov kimi xəyanətkarlar mövcuddur. Bu hal məni və mənim timsalımda bütün Azərbaycan xalqını məyus edir. Aidiyyatı orqanlardan tələbim odur ki, Ruhullah Axundzadə, Mövsüm Səmədov, Abgül Süleymanov və Tale Bağırzadə kimi vətənini, millətini, dövlətini sevən vətənpərvər insanlar həbsdən azad olunsun.
Seyfəddin Şirvanov, MBH İdarə Heyəti üzvü

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button