ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH Bəxtiyar Hacıyevlə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı siyasi fəal Bəxtiyar Hacıyevə qarşı dəfələrlə edilən polis zorakılığına etiraz edib. Bəyanatda deyilir:

“Ədalət, hər bir fərdi münasibətlərdən əhatə dairəsini genişləndirərək bütün toplumu düzən halına gətirən yeganə ümummbəşəri konsepsiyasıdır. Hər bir davranış məhz ədalətin təsiri altında həqiqətini sərgiləyə və ya öz mahiyyətinə doğru hərəkət edib kamilləşə bilər. Ədalət bərabərlik yox, hər bir varlığın ona məxsus olanı qazanması təminatçısıdır. Elə buna görədir ki, ədalətin nisbi bərqarar olduğu dövlətlər dünyanın daha mütərəqqi, daha demokratik dövlətləri sayılır. Ədalətsiz cəmiyyətin insanlıq və bəşəriyyətə gətirdiyi bəlalar isə elə ədalətin əksi olaraq “zülm” kəlməsində çılpaqlığı ilə özünü göstərir. Haqqın, ədalətin mənimsəməsinə xidmət edən beyinlər idarəçilik üçün spesefik olan hər şeyi öz müdafiələri, qorunmaları və inkişaflarına yönəldərək qarşısına çıxan maneələri zülmün qüvvətli əli ilə əzməyə çalışır. Dünyanın haqq və batil, ədalət və zülm sərhədli ikiqütblü dünyasında çox təəssüf ki, Azərbaycan reallığı da bu acı məngənənin ağır ləngəri altında əzilməkdədir. Polis sisteminin toxunulmaz və eyni halda hər bir addımında haqlılıq pərdəsinə bürünən rejim, bununla da öz zülm və haqsızlığını istənilən sahəyə göstərməkdədir. Ölkədə korrupsiya, rüşvət, monopoliya, söz və fikir azadlığına qarşı məhdudiyyət, bir sözlə hər bir sahəni əhatə edən haqsızlıq, zülm və ədalətsizlik bu xalqın insani haqlarını belə mənimsəməkdədir. Etiraz edən hər kəs isə polisin fərqli davranışları ilə oğurlana, həbs oluna, döyülə, hətta zorlanmaya belə məruz qalacaq fərqli işgəncələr ilə üzləşə bilər.
Belə bir davranışlarla üzləşən ictimai fəal Bəxtiyar Hacıyevin dəfələrlə məruz qaldığı polis işgəncələri həqiqətən də etdiyi əmələ görə heç zaman cəzalanmayan polis simasının növbəti dəfə ictimai fəala qarşı analoji davranışını sərgiləyirdi. Şəhərin mərkəzində və hamının gözü önündə bu dəfə də səbəbsiz saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaq bir daha polisin güc nümayişi və hakimiyyətin qorunması istiqamətində cəzasızlıq mühitinin yaratdığı özbaşınalıq idi. Belə halların təkidli etirazında, qanunsuzluq mühitinin rejim tərəfindən rəsmiləşməsini kəskin tənqid edən Müsəlman Birliyi Hərəkatı olaraq, bir daha hakimiyyətə səslənirik:
Biz, hakimiyyətdən cəmiyyətdə polis özbaşınalığına yol açan və vətəndaşını öz ölkəsinin vətəndaşlığından imtinaya gətirib çıxaran özbaşına addımlara son verməyi tələb edirik. Xalq olaraq isə hər bir fərdi cəmiyyətdə ədalətin qarant olduğu demokratik bir düzənin əldə olunması naminə bütün güclərini səfərbər etməyə çağırırıq.”

MBH İdarə Heyəti.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button