ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təbrizin cümə imamı Seyyid Ali-Haşim A.Paşazadəyə təşəkkür edərək: “İşğal edilmiş Qarabağ və ətraf rayonların azad edilməlidir”

Ali Məqamlı Rəhbərin İranın Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi, höccətül-İslam vəl-müslimin Seyyid Məhəmmədəli Ali-Haşim bu həftə Təbrizin cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin son açıqlamasına toxunub. QMİ sədrinə İslam İnqilabı rəhbərinin fətvasının Qarabağ müharibəsinin nəticəsinə təsiri barədə çıxışına görə təşəkkür edən Hacı Məhəmməd Əli Ali-Haşem cümə xütbəsi zamanı aşağıdakıları qeyd edib:

“Cənab Allahşükür Paşazadəyə təşəkkür edirəm. O, öz çıxışında İmam Xameneinin fətvasını çox dəyərli saydı və buyurdu ki, Ali Məqamlı Rəhbərin fətvası Azərbaycanın qələbəsinə zəmin yaratdı.

Qeyd etmək lazımdır ki, İslam İnqilabının Ali Rəhbəri ötən il sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustəfa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mövlud günü televiziyadan canlı çıxış edərkən Azərbaycan Respublikası və Ermənistan arasındakı son döyüş barədə buyurdu: 

“Bu hərbi qarşıdurma mümkün olan ən tez vaxtda bitməlidir. Əlbəttə Ermənistan tərəfdən işğal olunmuş bütün Azərbaycan torpaqları geri qaytarılmalıdır”.

Habelə, İmam Xamenei bu torpaqlarda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi və iki ölkə arasındakı beynəlxalq sərhədlərin qorunması məsələsini təkidlə vurğuladı və əlavə etdi:

“Etibarlı mənbələrin verdiyi məlumata əsasən, regiona girmiş terrorçular heç bir vəchlə İran sərhədlərinə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşsalar, onlara qarşı qəti tədbirlər görüləcək”.

 

İslam İnqilabının Ali Rəhbəri müxtəlif münasibətlərlə ötən 30 il ərzində öz mövqeyini aşkar formada bildirərək, İran İslam Respublikasının Azərbaycan Respublikasının müsəlman xalqına maddi və mənəvi dəstəyinin lazımlığını elan edib, işğal edilmiş Qarabağ və ətraf rayonların azad edilməsinin lazım olduğunu bildirib. Bu göstərişlər əsasında İran İslam Respublikası Azərbaycan xalqının yanında olub, bu məsələdə heç bir addımda səhlənkarlıq etməyib.

“Əlbəttə bəzi vaxtlarda bəzi mənafeləri qorumaq və bəzi vaxtlarda da media səhlənkarlığı nəticəsində regionun bəzi ölkələrinin əksinə olaraq, göstərilmiş dəstəkləri media və ümumi mikrofonlardan car çəkməyib”, – deyə Təbrizin imam-cüməsinin bəyanatının sonunda bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button