ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın yeni prezidentinin inauqurasiya mərasiminin proqramı açıqlanıb

İranın yeni prezidenti ayətullah Seyid İbrahim Rəisinin inauqurasiya mərasiminin proqramı açıqlanıb.

qafqaz.ir “leader.ir” saytına istinadla xəbər verir ki, avqustun 3-də ayətullah İbrahim Rəisinin ilkin andiçmə mərasimi olacaq və prezident kimi öz vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq.

Tədbirdə Ali Rəhbər  ayətullah Seyid Əli Xamnei, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar və dövlət rəsmiləri iştirak edəcək. İran daxili işlər naziri XIII dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verəcək.

Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunacaq.

Bundan sonra İranın yeni prezidenti siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək.

Tədbir koronavirusla mübarizə qərargahının sağlamlıq protokollarına uyğun həyata keçiriləcək. Tədbirin sonunda Ali Rəhbər Ayətullah Xamenei çıxış edəcək.

Tədbir İranın Dövlət Televiziyası  ilə canlı yayımlanacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button