ArxivIslamXəbər lentiXəbərlər

Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb

Xəbər verdiyimiz kimi bu gün Masallıda öz ruhanilərinin həbsinə etraz edən dinc əhalidən 15 nəfər saxlanılıb .
Maide.Az xəbər verir ki, bu gün Masallıda cümə namazından sonra öz ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən bir qismi Masallı Məhkəməsinə aparılaraq onlar barədə sutkalıq həbs qərarı çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib.
Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılmışdır.
Sərbəst buraxılan dindarlar bildirir ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıb.
Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, cəmiyyət tərəfindən çox sevilən və rəğbət bəslənilən ruhani, Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dinc etiraz aksiyası keçirlib.
 bu gün Masallı cümə məscidində Şeyx Sərdar Hacıhəsənlinin arxasında namaz qılan dindarlar cümə namazından sonra öz ruhanilərinin qanunsuz həbs edilməsinə etiraz edib.
Əllərində Şeyx Sərdar Hacıhəsənlinin səkillərini daşıyan dindarlar, qanunsuz həbs olunan ruhanilərinin həbsini pisləyib və sərbəst buraxılmasını tələb edib.
Dinc aksiya iştirakçılarından 15 nəfər saxlanılıb. Polis dinc əhaliyə qarşı güc tətbiq edib, onlara qarşı kobud davaranış sərgiləyib və onları təhqir edib.
Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb
Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb
Masallıda saxlanılan dindarların bir qismi barədə sutkalıq həbs qərarı çıxarılıb

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button