ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Marneulidə “Məbəs” bayramı mərasimi keçirilib – FOTO

Marneuli Bələdiyyəsində Peyğəmbər əfəndimiz Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə Hz.İmam Hüseyn (ə) Məscidində mərasim keçirilib.
Qafqaz.ir xəbər verir ki, Hz.İmam Əli və Hz.İmam Hüseyn əleyhissalam Məscidlərinin təşkilatçılığı ilə keçirilən mərasim Kərbəlayi Fuad İsayevin Qurani-Kərimi tilavət etməsi ilə başlayıb və ardından çıxış edən ilahiyyatçı Kamran Məmmədov iştirakçıları “Məbəs” bayramı və “Merac” qəndili münasibəti ilə təbrik edib. Rühani Türkiyə və Suriyada zəlzələ Qurbanlarına Allah rəhmət diləyib və İslam Peyğəmbərinin (s) insani keyfiyyətlərindən, həyat tərzindən, gətirdiyi kamil dinin insanlığa verdiyi örnəklərdən danışıb. Daha sonra mərasimin baş tutduğu məscidin baş axundu Hacı Əziz Nəbiyev “Məbəs” bayramı haqqında danışıb və bayram günü münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib.
Mərasim Marneuli imam cümələrindən biri Hacı Hacıyevin duaları ilə yelunlaşıb.
Sonda mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button