ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Marneulidə “Əyyami-Fatimiyyə” mərasimi keçirilib – FOTO

Bugün, 10 dekabr Marneulidə Hz.İmam Əli (ə) Məscidi, İmam Hüseyn (ə) Məscidi və Əhli-Beyt Cəmiyyətinin təşkilatçılığı ilə İmam Hüseyn (ə) Məscidində, Hz.Məhəmməd Peyğəmbərin (s) qızı xanım Fatiməyi-Zəhranın şəhadət günləri münasibəti ilə “Əyyami-Fatimiyyə” əza məclisi keçirilib.
Qafqaz.ir xəbər verir ki, əza məclisinə Marneuli imam cümələri Hacı Hacıyev, Hacı Əziz Nəbiyev, Hacı Rasim Məmmədov, İranın Al-Mustafa Univeristetinin Gürcüstandakı nümayəndəsi Hacı Yusif Yusifzadə, Əhli-Beyt məddahı Əli Kərimi və digər din xadimləri, namaz əhli qatılıb.
Qurani-Kərimin tilavətilə başlayan anım mərasimində çıxış edən natiqlər Peyğəmbər qızı xanım Fatimənin (s) fəzilətindən danışıblar. Daha sonra mərsiyyə oxunub və ehsan süfrəsi açılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button