ArxivXəbər lentiXəbərlər

Makron Fransanın Qarabağa münasibətindən danışdı!!???

Emmanuel Makron: “Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir”

“Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zaminlər sırasındadır”.

Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zaminlərdən biridir”, – o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, – E.Makron xüsusi vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button