ArxivIslamXəbər lentiXəbərlər

“Maaarifçiliyə Dəvət” İctimai Birliyinin regional şöbələri ilə görüşlər keçirilib

“Maaarifçiliyə Dəvət” İctimai Birliyinin regional şöbələri ilə görüşlər keçirilib.
Bu barədə “Maaarifçiliyə Dəvət” İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Maaarifçiliyə Dəvət” İctimai Birliyinin sərdi Elçin Manafov və təşkilatın rəhbər heyət üzvləri regional şöbələrlə görüşlərini davam etdirir.
Növbəti görüş Aran bölgəsi üzrə keçirilib.
Toplantını giriş sözü ilə açan “Maaarifçiliyə Dəvət” İB-in sərdi Elçin Manafov təşkilatın məram və məqsədlərini açıqlayıb.
Hacı Elçin Manafov ölkədəvə dünyada baş verən ictimai hadisələri diqqətə çatdıraraq, xüsusilə informasiya və mədəni-maarif işlərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
O, həmçinin xalqımızın milli-mənəvi dəyərləri olan və əsrlərdir yaşadılan Məhərrəm-Səfər aylarında baş verən hadisələr və onarın əhəmiyyətindən danışıb. İctimai birliyin sədri haqq-batil qarşıdurmasının Kərbəla vaqeəsindən əvvəllər də olduğunu, buna ən oxşar nümunənin Roma imperiyası dönəmində həzrəti Yəhya peyğəmbərin timsalında göründüyünü vurğulayaraq, indiki zamanda da imam Hüseyn əleyhissalamın mübarizəsinin, fəlsəfəsinin yaşadılmasının əhəmiyyətindən söz açıb.
Daha sonra bölgələr üzrə ictimai fəallar öz fikirlərini bildiriblər, təkliflər ediblər.
Sonda çay süfrəsi arxasında sözügedən məsələlər haqda müzakirələr olub və xatirə şəkli çəkdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button