Xəbərlər

Türkiyə Sülh və Demokratiya Partiyasının rəhbəri Ərdoğan dövlətini qorxaq adlandırıb

Türkiyə Sülh və Demokratiya Partiyasının rəhbəri bu ölkə parlamentində Ərdoğan dövlətini ikiüzlülükdə ittiham edərək, deyib ki, Türkiyə dövləti əslində bu ölkədə kürdlərlə sülh prosesini başa çatdırıb.

IRNA-nın məlumatına görə, Səlahəddin Dəmirtaş Türkiyənin Diyarbəkr şəhərində müxbirlərlə müsahibədə kəskin bir çıxışda bu ölkə dövlətinə xitabən deyib: Sülh prosesini siz başlamısız, lakin onun arxasında dura bilmədiz və bu, siyasi qorxudur.
Sülh və Demokratiya Partiyasının rəhbəri son zamanlar Ərdoğan dövləti tərəfindən təqdim olunmuş demokratik islahatlar paketinə işarə edərək, söyləyib: Ərdoğan bu paketin maddələrini elan edərkən bildirdi ki, sülh prosesi qalmayıb; ümumiyyətlə bu paketin sülh prosesi ilə əlaqəsi yoxdur və tərəflər arasında danışıqlar da olmayıbdır.
O, Türkiyədə demokratik islahatlar paketinin işlənib hazırlanmasında ələvilər və PKK rəhbəri- Abdullah Öcəlanın baxışlarının nəzərdə tutulmamasına təkid edərək, deyib ki, demokratik paket fərdiçilik təfəkkürünə əsaslanır.
Türkiyədə demokratik islahatlar paketi bu ölkədəki müxalif partiyalar tərəfindən kəskin tənqid atəşinə tutulub.
Türkiyədə qanunsuz kürd fəhlə partiyası- PKK-nın həbsdə olan rəhbəri- Abdullah Öcəlanın qardaşı- Məhəmməd Öcəlan bu ölkənin İmralı zindanında onunla görüşdən sonra ona istinadla deyib: Bu paketin Türkiyə dövləti ilə PKK arasında sülh prosesi ilə heç bir əlaqəsi yoxdur və tezliklə bir bəyanatda bu barədə öz nəzərlərimi bildirəcəyəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button