Aktual

Seçki kampaniyası

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

Redaksiyamıza verilən məlumata əsasən, seçkilərdə prezidentlik postuna iddia edən 10 namizəd rəqabət aparır. Bunlar hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Şuranın vahid namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və müstəqil namizəd Zahid Orucdur.

Seçkilər səhər saat 8-dən başlayıb və həmin gün axşam saat 7-də başa çatacaq.
Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçkilərində iştirak etmək hüququ olan seçicilərin sayı 4 milyon 400 min nəfərdir ki, onların da 2 milyonunu gənclər təşkil edir. 500 min gənc isə, ilk dəfə səsvermədə iştirak edir.

Ölkə üzrə daimi seçicilərin 50,8 faizini qadınlar, 49,2 faizini isə kişilər təşkil edir.

Seçicilər 5492 məntəqədə səs verəcəklər. Seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb.

məlumata əsasən, xarici ölkələrdə yaşayan vətəndaşlar da prezident seçkiləri zamanı xaricdəki səfirliklərdə yaradılan 38 seçki məntəqəsində təxminən 12 min azərbaycanlı seçici iştirak edəcək.

Azərbaycan Seçki Məcəlləsinin 35.6 maddəsinə əsasən, seçicilərin sayı 50-dən artıq olan ölkənin xaricdə yerləşən 38 diplomatik nümayəndəliyində seçki məntəqələri yaradılıb. Onu da bildirək ki, səfirliklərdə yaradılan seçki məntəqələri Bakı şəhəri Yasamal rayonu 15, 16 və 17-ci dairə seçki komissiyalarına birləşdirilib.

Ölkədə keçirilən prezident seçkilərini, yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər də nəzarət edir.

Məlumata görə, seçkilərə nəzarət üçün qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 52 min nəfərdir ki, onların da 1400-ü beynəlxalq müşahidəçilərdir. Bunlar ATƏT Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və başqalarıdır.

Bu əsnada Qərbin Az. R. prezident seçkiləri prosesini ciddi şəkildə tənqid etməsi, Bakı mediasında böyük rezonans doğurub.
Bakıda çıxan Azadlıq qəzeti bir məqalədə yazıb: Avropa Birliyi Xarici Siyasət İdarəsinin Koordinatoru Katrin Ştonun Az. R-da seçkilərdən öncəki atmosferin qeyri-demokratik olması ilə bağlı yaydığı bəyanatın ardıca ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf da, Az. R-da dövlət siyasətlərini tənqid edənlərə divan tutulmasından nigaranlıq keçirdiyini bəyan edərək bu ölkədə 7-ci prezident seçkilərinin şəffaf və demokratik şəkildə keçiriləcəyini arzulayıb.
Az. R-nin dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının namizədi olaraq növbəti prezident seçkilərinin namizədi kimi iştirak edib.
Az. R-nın Sovet İttifaqından istiqlaliyyət qazanmasından bəri bu ölkədə ilk dəfə olaraq cari seçkilərdə namizədlər üçün 10 teledebat nəzərdə tutulmuşdur.
Ümumilikdə təşkil edilən bu teledebatlarda Milli Şuranın namizədi Cəmil Həsənlinin Az. R-nin dövlət başçısı İlham Əliyevə qarşı irəli sürdüyü sözləri reaksiyalara səbəb oldu. Belə ki bu məsələ İlham Əliyev namizədi ilə onun arasında söz atışmasına zəmin yaratdı və bu teledebatlarda, 7-ci prezident seçkilərinin digər namizədləri o cümlədən dövlətin parlamentdəki tərəfdar nümayəndəsi, Yeni-Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Sosial-demokratik partiyanın sədri Araz Əliadə Cəmil Həsənlinin anti-dövlət mövqeyinə kəskin tərzdə reaksiya verdilər.
Həsənli bu debatlarda dəfələrlə etdiyi çıxışında İlham Əliyevi Qarabağ münaqişəsinin həllində zəif mövqe tutmaqda eləcə də onu korrupsiyada günahlandırmağa cəhd göstərdi. Lakin onun fikirlərinə tənqidi yanaşanlar, Cəmil Həsənlini xarici dövlətlərdən asılı olmaqda günahlandırdılar.
Seçki namizədlərindən bir neçə nəfəri də o cümlədən Ədalət Partiyasının sədri İlyas İsmayılov , Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu və Ümid partiyasının sədri İqbal Ağazadə bu vəziyyətdən istifadə edərək öz platformlarını şərh etdilər.

Hakimiyyətin 3-c müddətlə bağlı hekayəsi Konstitusiyaya əsaslanır ki, onu da İlham Əliyev 2009-cü ildə öz xeyrinə dəyişib.

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat və təbliğat kampaniyasına son verildi, oktyabrın 8-i sükut günü oldu. Bir gün sonra seçki olacaq deyə bu gün artıq seçki kampaniyası ilə bağlı vəziyyətin yükun şərhinə baxa bilərik. Birinci ondan başlayaq ki, İlham Əliyevin 3-cü müddət üçün prezidentlik iddiasının ortaya qoyulması istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə birmənalı qarşılanmır, Onun bu addımını heç cür qəbul edə bilmir. Bu cür dairələr üçün İlham Əliyevin necə prezident olması, yaxşı və ya pis, demokratik və ya diktator olmasından aslı olmayaraq, 3-cü müddət üçün seçkidə iştirakını qəbul etmir, yəni hələ seçkidə iştirak etməsindən gedir, qalib gələcəyi isə başqa bir mövzudur, hələ necə qalib gələcəyi lap başqa məsələdir. Bu cür dairələr dünyada azdır, onların hadisələrə, Azərbaycan hakimiyyətinə təsir imkanları da azdır. Hakimiyyətin 3-c müddətlə bağlı hekayəsi Konstitusiyaya əsaslanır ki, onu da İlham Əliyev 2009-cü ildə öz xeyrinə dəyişib. Şübhəsiz ki, prinsipal mövqedən çıxış edən qərb təşkilatları üçün konstitusiyada dəyişiklik də öz özlüyündə antidemokratik addım olub. Bununla belə İlham Əliyev namizəd kimi seçkidə iştirak edir, dünya da onu namizəd kimi qəbul edir. Qanunlardakı problem tək bir konstitusiyadakı dəyişikliklə bitmir, seçki məcəlləsinə görə əvəllər 60 gün seçki təbliğatı və təşviqatı aparmaq imkanı verilirdisə, indi bu 23 günə endirilib. Televiziyalarda müxalifət nümayəndələrinin üzünü beş ildən bir seçki zamanı görmək olurdusa bu dəfə İTV-dəki istisnadan başqa heç bir televiziya kanalında nə müxalifətin nümayəndələrini nə də müxalifət namizədinin üzünü görmək olmadı. İctimai televiziyada hər bir namizədə qanunla cəmi 5 dəqiqə vaxt ayrılmışdı, 10 nəfər namizəd idi, özü iştirak etməyən namizədin səlahiyyətli nümayəndəsi iştirak edirdi. 10 nəfər namizədin 9 nəfəri seçici səsinin qazanmaq üçün mübaizə aparmaq əvəzinə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə qarşı kampaniyada iştirak edirdi və bu kampaniyada Qüdrət Həsənquliyev, Zahid Oruc, Frəc Quliyev, İlyas İsmayılovun səlahiyyətli nümayəndələri (onların arasında Azərbaycan İslam Partiyasının funksioneri Akif Heydərli də vardı), Sərdar Cəlaloğlu və İlham Əliyevin səlahiyyətli nümayəndələri hamısı Cəmil Həsənliyə qarşı səlib yürüşünə keçmişdi. İki namizəd Hafiz Hacıyev və Araz Əlizadə isə tərbiyyəsizlik və əxlaqsızlığın ən son həddini nümayiş etdirməklə təkcə Cəmil Həsənliyə qarşı deyil, ümumiyyətlə xalqa və seçicilərə qarşı aşırı həqarət göstərdilər, efir canlı yayımlanır, videoyazıları da internetdə yerləşdirilirdi. Teledebatlarla bağlı mətbuatda, sosial şəbəkələrdə və real həyatda aparılan araşdırmaların nəticəsi üst üstə düşür və sadə vətəndaşların əksəriyyətinin yadında ən tərbiyyəsiz və əxlaqsız namizəd kimi, Hafiz Hacıyev və Araz Əlizadə qalıb. Hakimiyyət seçicilər üçün görüş yerlərini müəyyənləşdirərkən paytaxtda və regionlarda əlverişsiz yerlər müəyyən etmişdi, yalnız Məhsul stadionu ayrılmış yerlər arasında babtı olduğundan Cəmil Həsənli seçiciləri ilə görüşü orda keçirməli oldu. Digər yerlərin əlverişsiz olduğunu elə hakimiyyətin texniki namizədlərinin xalqla görüşünün həmin məhsul stadionunda keçirməsi sübut etdi. Bütün seçki kampaniyası ərzində arzu edən namizədlər seçicilərlə yalnız məhsul stadionunda görüş keçirdi, ancaq heç də hamısı yox, görüş keçirdən Cəmil Həsənli, Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyev oldu, sözsüz ki, stadiona ən çox seçici yığan da elə Cəmil Həsənli oldu. Bu seçki kampaniyasında hakimiyyət lovğalığ da etdi, verdiyi açıqlamalarda YAP funksionerləri bəyan edirdilər ki, onların kampaniya aparmasına ehtiyacları yoxdur. Ancaq reallıqda bütün televiziya kanalları sutkanın 24 saatını məhz İlham Əliyevin təliği ilə məşğul olurdular ki, bu da bütün illər və həmişə baş verir. Narazı vətəndaşların əksəriyyətində ümidsizlik hissi çox qabarıq görünür, əsas fəallar təhsilli gənclərdən ibarət idi ki, digərləri üçün də onlar generator rolunu oynayır. Müxalifət, əsasən də AXCP və Müsavat partiyaları bu prezident seçkilərində çox ciddi səhvlərə yol verdilər, elə Milli Şura da çox qüsurlarla fəaliyyət göstərdi. Ancaq onu da deyim ki, az müddət ərzində Cəmil Həsənlinin namizədliyi ilə bağlı PR kampaniyasını qismən apara bildi. Plakatlar və küçə təbliğatı demək olar aparılmadı. Bir məqamı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanda İlham Əliyevdən narazı vətəndaşların hamısı Cəmil Həsənlini dəstəkləyir, digər 9 namizədə, o cümlədən İlyas İsmayılova hakimiyyətin adamları kimi baxır və sözsüz ki, İlyas İsmayılovun AİP tərəfindən dəstəklənməsinin ağıllı iş olduğunu, haqq iş olduğunu, zalıma xidmət etməmək olduğunu heç kim sadə vətəndaşlara sübut edə bilməz, izahnı verə bilməz. Bu artıq insanların yaddaşında qaldı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button