الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ
Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!(67)
Bir məsələ üstündə sözümüz düşmüşdü. Birdən əsəbləşib, uyğun olmayan bir söz deyib, getdi. Əli mənə dedi: – Gördün, sənə necə hörmətsizlik etdi? Nə üçün ona bir söz demədin? Axı, sən ondan beş il böyüksən.
Dünən eşitdiyim bir hədisi ona danışdım. Hədisdə imam Hüseyn (ə) buyurur: “Səni çox istəyən kəs, səni pis işdən çəkindirər. Səni sevməyən kəs isə, səni pis işə təhrik edər.”