ArxivXəbər lentiXəbərlər

Məhkəmə jurnalisti ev dustaqlığına buraxmayıb

Nərimanov Rayon Məhkəməsi jurnalist Fikrət Fərəməzoğlunu ev dustaqlığına buraxmayıb.

Bu haqda vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qəmbərov onların vəsatətini təmin etməyib.
Jurnalistin müdafiəçiləri hesab edirdilər ki, F.Fərəməzoğlunun ev dustaqlığına buraxılması onun barəsində açılan cinayət işinin araşdırmasına mənfi təsir etməyəcək. Ancaq məhkəmə bu arqumentləri qəbul etməyib.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.
DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.
Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.(Meydan TV)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button