ArxivXəbər lentiXəbərlər

Ermənistan ordusunun hərbçisi ölüb – YENİLƏNİB

Avqustun 20-də hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürülüb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Armenpres” agentliyinə xəbər verən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Hovannesyan yaxın vaxtlarda hərbi qulluqçunun öldürülməsi səbəbləri barədə rəsmi açıqlama veriləcəyini də bildirib.

Erməni KİV-in əldə etdiyi məlumatda bildirilir ki, Andranik Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib. Onun əvvəl nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A.Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək intihar etdiyi iddia edilir.

Hadisə ilə bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button