ArxivXəbər lentiXəbərlər

İran və Türkiyəyə PKK-ya qarşı birləşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mümkün əməliyyat barədə danışıb.

Qafqaz.ir-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının (BQ) başçısı ilə PKK terror təşkilatına qarşı mümkün birgə əməliyyatın keçirilməsi məsələsini müzakirə edib.

İranın SQ BQ başçısı Muhəmməd Bakeri ötən həftə Türkiyəyə səfər etmişdi. Bu, Türkiyə və İran münasibətlərinin bütün tarixi boyu ən yüksək səviyyədə keçirilmiş ilk hərbi görüşdür.

“İranla birgə terror qruplaşmalarına qarşı əməliyyatın keçirilməsi məsələsi gündəlikdən olan məsələdir. Türkiyə və İran baş qərargahlarının başçıları bu məsələni, əməliyyatın necə keçirilə biləcəyini müzakirə ediblər. Diplomatik nöqteyi-nəzərədn əməliyyatın keçirilməsini biz İran Baş Qərargahının başçısı ilə müzakirə etmişik. Səylər davam etdiriləcək, çünki PKK terrorçularının İranda da filialı – PJAK var. Bu təşkilatlar həm iranlılara, həm də bizə ziyan vurur.”, – deyə Ərdoğan bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button