ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Məhkəmə Əhsən Nuruzadəni həbsdə saxladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əhsən Nurzadənin növbəti məhkəmə prosesi keçirilib.
Yaxınlarının HEDEF14.AZ-a verdiyi məlumata görə, 7 illik həbs müddətinin 5 ilini tamamlayan Əhsən Nuruzadə cəza müddətinin qalan hissəsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Qeyd edək ki, Əhsən Nuruzadənin həyat yoldaşı onkoloji xəstəlikdən dünyasını dəyişib. Onun himayəsində iki azyaşlı övladı və yaşlı xəstə anası var. Məhkəmə isə bütün bunları nəzərə almayıb.
YADDAŞ
Xatırladaq ki, Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə cəza kəsilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur. Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər qoyub.
2018-ci Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda onun vəkili Fariz Namazlı müdafiə çıxışı edib. O, ittihamların əsassız olduğunu, Ə.Nuruzadənin fəaliyyətinə görə həbs edildiyini deyib.
Əhsən Nuruzadə son sözündə bildirib:
“Azərbaycanda mənim kimi günahsız, şərlənib həbs olunan yüzlərlə məhbus var. Onların da böyük bir hissəsi inanclılardır. Siz bilirsinizmi ki, həmin inanclı qardaşlarımızın ailələri hansı çətinliklər çəkir? Toplaşıb, o ailələrə yardım aparanda görmüşdüm, qardaşlarımızdan elələri var ki, övladları çanta, dəftər olmadığından məktəbə gedə bilmir. Elə uşaqlar var ki, qarındolusu yemək yeyə bilmirlər, ac yatırlar. O uşaqların bu cür əziyyət çəkmələrinin səbəbkarı onların atalarını şərləyib həbs edənlərdir. Amma onların ah-naləsi, göz yaşı bir gün günahkarları tutacaq”.
Sonuncu dəfə həbs edilməmişdən əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iki dəfə həbs edildiyini və ona xəbərdarlıq edildiyini deyən Ə.Nuruzadə bildirib ki, birinci dəfə altı gün “bandotdel”də saxlanılıb:
“Deyirdilər ki, “sənin siyasətlə, Xalq Cəbhəsi ilə nə işin var? Taleh Bağırzadəni niyə müdafiə edirsən? Özün kasıb adamsan, məhbus ailələrinə hardan pul verirsiz, hansı təşkilatdan pul alırsız?” Mən də dedim ki, “Vicdanlı qardaşlar təşkilatı”ndan. Öz aramızda qəpik-qəpik ianə toplayıb, ailələrə yardım edirik. İanənin nə olduğunu bilmirdilər”.
Prokuror Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonda qeyd edək ki, Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button