ArxivIslamXəbər lentiXəbərlər

Məhbuslara verilən işgəncələrə etiraz edildi-VİDEO

Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin təşkil etdiyi həbs yerlərində siyasi məhbuslara qarşı həyata keçirilən işgəncə hərəkətləri ilə bağlı tədbirdə media nümayəndələri, ictimai-siyasi fəallar, məhbus ailələri və ümumilikdə ölkədə işgəncə görən, zorakılığa məruz qalan insanlar və onların yaxınları iştirak etdi.

 tədbiri açan hüquq müdafiəçisi Oktay Güləliyev ölkədə baş verən zorakılıq halları haqqında danışıb və zindanlarda, eləcə də polis bölmələrində insanlara qarşı edilən işgəncə hallarını pisləyib.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli isə çıxışı zamanı ölkədəki zorakılıqları və problemləri xalqın birgə mübarizəsi sayəsində həll etməyin mümkünlüyünü vurğuladı. O, fevralın 7-də Sabunçu Məhkəməsində Həncə hadisələri ilə bağlı keçirilən prosesdə baş verən qanunsuzluqları medianın diqqətinə çatdırıb. Eyni zamanda Qobustan həbsxanasında məhbuslara qarşı işgəncə faktlarını pisləyib:

Daha sonra çıxış edən yazıçı, siyasi məhbus Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur Qobustan həbsxanasındakı işgəncələrə etiraz edərək aclıq aksiyasına başlayan məhbusların dəhşətli zorakılıqla üz-üzə qaldığını söylədi.

Gəncə hadisələri zamanı güllələnərək öldürülən və aradan keçən 5 ay ərzində meyiti hələ də ailəsinə təhvil verilməyən Ağa Sərxaninin həyat yoldaşı Sevinc xanım ailəsinin başına gətirilən müsibətlər haqqında məlumat verdi.

Müsəlman Birliyi Hərəkatının lideri, siyasi məhbus Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə isə ikinci həftədir ki, ondan xəbər ala bilmıdiklərini bildirdi: “Taleh Bağırzadənin hazırki durumu ilə bağlı məlumatımız yoxdur. O, artıq bir həfətədir ki, zəng etmir. İşgəncələrlə bağlı yayılan məlumatlar isə həqiqətdir. Yalnız Taleh Bağırzadəyə deyil, Cabbar Cabbarlıya, Abbas Hüseynə və son zamanlar Qobustan həbsxanasındakı 700 məhbusa da bu əziyyətlər şamil olunub. Əlbəttə, bu, halları qınayırıq və pisləyirik”.

İsmayılzadə qeyd edib ki, Taleh Bağırzadəyə cismani əziyyət vermirlər, amma Abbas Hüseyn və Cabbar Cabbarlını döyürlər.

“Taleh Bağırzadəyə isə mənəvi işgəncə vermək istəyirlər. Onun qolunu hər dəfə köhnə, qanlı qandalla sıx bağlayırlar. Səbəbsiz yerə bir gündə bəlkə də dəfələrlə, iki dəqiqədən bir gəlib adını, soyadını, atasının adını soruşub psixoloji təsir etmək istəyirlər”.

O qeyd edib ki, həbsxanada baş verənlərlə bağlı Penitensiar Xidmətə və Qırmız Xaç Komitəsinə müraciət edib.

Qırmızı Xaç nümayəndələri artıq yanvarda bir dəfə Bağırzadəyə baş çəkiblər.

“Penitensiar Xidmətdə deyiblər ki, araşdıracaqlar. Onlar da gedib, özü ilə danışırlar, şikayətləri dinləyirlər, gəlib deyilənləri təkzib edirlər”

Leyla İsmayılzadə deyir ki, sonuncu dəfə 2018-ci ilin noyabrında həbsxanada Talehlə görüşüb.

“Bizim hakimiyyətdən istəyimiz ancaq zülmlərə son qoyulmasıdır. Onlardan artıq bir istəyimiz yoxdur. Bütün vicdanlı insanların bu haqsızlıqlara susmamasını istəyirik”. İlahiyyatçı xanım Kəklik Heydərzadə islamçı məhbuslara və bütün şərlənərək həbs edilən insanalara ədalət istədi və bildirdi ki, biz hüquqi dövlətdə yaşadığımız üçün bu hər birimizin haqqıdır.

Azərbaycan İslam Partiyasının (AİP) Qadınlar Şurasının sədri, Əsgər Analarına İctimai Dəstək Birliyinin sədri, ilahiyyatçı Növrəstə İbrahimova isə Tale Bağırzadəyə, hazırda həbsdə olan siyasi məhbus AİP sədri doktor Mövsüm Səmədova və digər məhbuslara qarşı edilən zorakılıq hallarını pislədi: Tale Bağırzadə və eləcə də Mövsüm Səmədov Əhli Beyt yolunu gedən insanlardır. O yol ki o yolun başçısını, Həzrəti Əlini (ə) başından zərbətləyən qatilə qarşı da o, Həzrət ədalətli qərar çıxardı və dedi ki, o, mənim başıma bir dəfə vurub, siz də onun başına bir qılınc vurun, əgər ölməsə, ona toxunmayın. Belə bir yolun yolçusu ancaq ədalətli və əxlaqlı ola bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button