ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının əzadarlığı əzəmətli və ictimai ziyanlardan uzaq surətdə keçirilsin

Ərdəbilin imam cüməsi və Ali Məqamlı Rəhbərin əyalətdə nümayəndəsi deyib: “Məhərrəm ayının əzadarlığı əzəmətli və ictimai ziyanlardan uzaq surətdə keçirilsin. Məddahların bu zəminədə əsaslı rolları vardır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbilin Vilayət salonunda keçirilən “Məddahların toplantısı” konfransında deyib: “Məhərrəm ayı vilayətçi Ərdəbil əhalisinin öz sevgisini əhli-beytə (ə) və şəhidlər ağası Əba Əbdillah Hüseynə (ə) göstərmək üçün ən yaxşı fürsətdir. Ərdəbillilər səbirsizliklə Məhərrəm ayının başlanmasını və Əba Əbdillah Hüseynə (ə) matəm saxlayacaqlarını gözləyirlər”.
Mərsiyə və növhələrin İslam mədəniyyət və ədəbiyyatına uyğun deyilməsinə təkid edən imam cümə artırıb: “Məddahların bu zəminədə hər növ haşiyədən uzaq və Hüseyn (s)Tasuası və Aşurası mədəniyyətinin tərvicinə uyğun şəkildə rövzə və mərsiyələr oxuması lazımdır”.
Ayətullah həmçinin bildirib: “Həzrət Əba Əbdillah Hüseynə (ə) matəm və Məhərrəm ayı mərasimlərində lazım olan mühüm məsələlərdən biri islami mənəviyyat və əxlaqa riayət etməkdir. Ona görə də məddahlar Ərdəbil əyalətində mənəvi və əzəmətli əzadarlıq keçirilməsi üçün öz cəhdlərini göstərməlidirlər”.
Düşmənin və imperializmin dünyanın hər yerində müsəlmanlar arasında təfriqə salmaq istəməsini açıqlayan imam cümə deyib: “Bu mövzuda hamımız ayıq olmalıyıq, Məhərrəm ayında əzəmətli və mənəvi əzadarlıq keçirməklə düşmənin bütün cəhd və planlarını puça çıxarmalıyıq”.
Ayətullah Seyid Həsən Amili həmçinin vurğulayıb: “Düşmən və dünya imperializmi müxtəlif taktikalarla müsəlmanlar arasında sünni-şiə təfriqəsi yaratmağa çalışırlar. Müsəlman ölkələri bu mövzuda ayıq və düşmənin planlarından agah və ehtiyatlı olmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button