ArxivXəbər lentiXəbərlər

Lavrov: İrəvanda “rəngli inqilab” baş verir

Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrov Ermənistanda yaranmış vəziyyətlə bağlı açıqlama verib və buna özünəməxsus şəkildə don geyindirməyə çalışıb, üstüörtülü şəkildə Qərbi ittiham edib.

Qafqaz.ir “ANSPRESS”ə istinadən xəbər verir ki, o, İrəvanda əhalinin etiraz aksiyasını siyasi yox, iqtisadi xarakter daşıdığını söyləyib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı haqqında qərarın qəbul olunmasından sonra başlamış etiraz aksiyaları siyasi yox, iqtisadi xarakter daşıyır. Amma bunu bəziləri siyasiləşdirməyə çalışır.

O, inkişaf edən beş ölkəni – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası – birləşdirən qrupun (BRİKS) Gənclər Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, bəzi qüvvələr gəncləri öz məqsədləri üçün istifadə edir, milli məsələlər əvəzinə, ölkədə sabitliyi pozmaq üçün alət edirlər.

S.Lavrov Ermənistanda baş verənləri Ukraynadakı Maydan hərəkatına bənzədib, gəncləri Qərbin çağırışlarına uymamağa çağırıb: “Siz rəngli inqilabların nə olduğunu bilirsiniz. Ukraynada Maydan və Ermənistandakı indiki hadisələr bir-birinə çox bənzəyir. Bu hərəkətlərlə gənclərdə həvəs oyadırlar ki, dövlət əleyhinə əhval-ruhiyyəni korlasınlar, mövcud hakimiyyətə təzyiqi artırsınlar və bununla da öz məqsədləri üçün istifadə etsinlər. Hərçənd, bu hadisələrin kökü iqtisadi məsələdir. Amma görünən odur ki, bu hadisələri şişirtmək kimlər üçünsə faydalıdır və bundan siyasi açar kimi yararlanırlar.”

Ümumiyyətlə, Rusiya xarici işlər nazirinin İrəvanla bağlı belə əndişə ilə danışmasını başa düşmək çətin deyil. Təbii ki, erməni əsilli nazir burada xalqın etirazını iqtisadiyyatla bağlayır, yəni bunun siyasətlə əlaqələndirilməməsini tövsiyə edir. Amma nə üçünsə anlamır ki, bütün dünyada etiraz dalğasının əsas səbəbi hakimiyyətin düzgün siyəsət yürüdə bilməməsi, xalqı idarə edə bilməməsi, əhalinin rifah halının yüksəlməsinə təkan verən addımlar ata bilməməsidir. Yəni Lavrovun düşüncəsi ilə götürsək, belə çıxır ki, İrəvanda baş verən hadisələrdə Serj Sarkisyan hakimiyyətinin günahı yoxdur. Necə ola bilər ki, ölkədə vəziyyət olduqca gərgindir, bıçaq sümüyə dirənib, amma bunun hakimiyyətə dəxli yoxdur. Demək ki, Lovrovun sevimli Serjinin yaratdığı rejimdən xlaq narazıdır. Bunu anlamamaq, görünür Lavrova sərf etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button