ArxivQadin və hicabXəbər lentiXəbərlər

Lənkəranda hicab qadağasıyla bağlı rəsmi açıqlama – FOTO

““Qız tələbələrin hicabla dərslərdə iştirakına yol verilmir” – bəndinin universitetin daxili nizamnaməsinə heç bir aidiyyəti yoxdur”

Zaur Məmmədov: “Hazırda mənim dərs dediyim bir neçə qrupda hicablı tələbələr mövcuddur”

Bir neçə gündür sosial şəbəkələrdə yayılan və Lənkəran Dövlət Universitetinə aid olduğu iddia edilən nizamnamənin fotosu geniş müzakirəyə, eləcə də inanclı insanların reaksiyasına səbəb olub. Sözügedən fotodan görünən budur ki, guya korpusun 4-cü mərtəbəsində lövhəyə vurulan “nizam-intizam” qaydalarının 8.9 cu bəndinə əsasən qızların hicabla, oğlanların isə saqqalla universitetə girişinə qadağa qoyulur.

Eyni zamanda yayılan xəbərdə o da iddia edilirdi ki, universitetdə qərarın qəbul olunması üçün tələbələrə heç bir məlumat verilmədən blanklar paylanılıb, imzalar toplanılır.

Məsələyə aydınlıq gətirmək üçün Lənkəran Dövlət Universiteti il əlaqə saxladıq. “İslaminSesi”nə açıqlama verən universitetin elmi katibi Zaur Məmmədov bildirdi ki, Lənkəran Dövlət Universitetinin daxil nizam qaydaları təhsil müəssisəsinin Elmi-Şurası tərəfindən təsdiq edilir. Bunun üçün tələbələrdən və ya müəllimlərdən imza toplamağa heç bir ehtiyac yoxdur.

Universitetin sonuncu daxili nizamnamə qaydalarının iyun ayında təsdiq edildiyini bildirən LDU rəsmisi, “hal-hazırda da iyun ayında təsdiqlənən daxili nizamnamə qaydaları yerində qalıb və heç bir dəyişiklik edilməyib. Düşünürəm ki, sözügedən məlumatı və fotonu yayanlar Məhərrəmlik ayı ərəfəsində hansısa formada çaşqınlıq və gərginlik yaratmağa çalışırlar” – deyə bildirdi:

“Lənkəran Dövlət Universitetində hicabla bağlı heç bir qadağa yoxdur. Ümumiyyətlə yayılan məlumatın özü olduqca primitivdir. Çünki harada görünüb ki, universitetin daxili nizam qaydalarının yaradılması üçün tələbələrdən imza toplansın. Bu məsələ universitetlərin Elmi Şurasına aiddir. Hazırda mənim dərs dediyim bir neçə qrupda hicablı tələbələr mövcuddur. Sözügedən məlumatı yayanlar Azərbaycanın tarixini, elmi-inkişafını istəməyən qüvvələrdir ki, belə məlumatlar yayırlar. ”

Sonda Zaur Məmmədov bildirdi ki, nizamnamə ilə bağlı yayılan fotodakı bəndlərin bir çoxu LDU-ya aid edilsə də, oradakı “qız tələbələrin hicabla dərslərdə iştirakına yol verilmir” – bəndinin universitetin daxili nizamnaməsinə heç bir aidiyyəti yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button