AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Naxçıvanda İmam Xomeyni(r.ə)-in şəxsiyyəti haqda konfrans keçiriləcək

 Naxçıvan Muxtar Respublikasında İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin miqyasının araşdırılması üzrə ixtisaslaşdırılmış konfrans keçiriləcək.

IRIB-nin Bakı ofisinin İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğuna istinadlı məlumatına görə, İran İslam İnqilabının dahi banisinin ilahi rehlətinin 28-ci ildönümü günü münasibətilə keçiriləcək bu birgünlük konfrans Naxçıvan ilə İranın elmi mərkəzlərinin həmkarlığı ilə mayın 25-də Naxçıvanda təşkil olunacaq.

Bu konfransda iranlı və naxçıvanlı tədqiqatçılar və mütəfəkkirlər tərəfindən məqalələrin təqdim olunmasından əlavə, xanım Fatimə Təbatəbainin yazdığı “Xatirələr iqlimi” kitabı, həmçinin tanınmış naxçıvanlı sənətkar və rəssam Eldar Zeynalovun çəkdiyi İmam Xomeyni(r.ə.)-in portretinin təqdimatı olacaqdır.

Bu il Naxçıvan Muxtar Respublikasında üçüncü dəfə keçirilən bu konfrans Naxçıvanın tanınmış şəxsiyyətləri tərəfindən rəğbətlə qarşılanıbdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button