AktualAktualArxivXəbər lentiXəbərlər

Deputatın oğluna görə rəis və 3 müstəntiq işdən qovuldu

Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.

Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axundovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.

Bir müddət əvvəl “Youtube” portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DİN- də daxili yoxlama aparılıb və Seymur Hidayətzadəyə xidməti uyğunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırma başlanılıb.

Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.

PİA.AZ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button