ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən beynəlxalq onlayn festivala qatılıb

İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq Novruz festivalına start verib.

Martın 21-də onlayn qaydada başlayan festival martın 26-dək davam edəcək. 27 mart – Beynəlxalq Teatr Günündə isə festivala yekun vurulacaq.

Lənkəran Dövlət Dram Teatrın direktoru Tofiq Heydərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, teatrın yaradıcı kollektivi Azərbaycanın ən qədim bayramlarından olan, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilən Novruz bayramı ilə əlaqədar “Novruz çələngi” adlı videoçarxla bu sənət yarışmasına qatılıb.

Müəllifi teatrın gənc aktyoru Səyad Əliyev, rejissoru Emin Fərzullayev, musiqi tərtibatçısı Fərahim Fərəcov olan 15 dəqiqəlik videoçarxda Novruz bayramının qədim tarixindən və adət-ənənələrdən bəhs olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button