ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Koronavirus bəhanəsilə aparıb, narkotik ilə ittiham etdilər

“Oğlum Amil Paşa oğlu Kərimlini oktyabrın 8-də evdən vaksinasiya bəhanəsi ilə apardılar”.

Bu sözləri Vetenugrunda.az-a Gəncə şəhəri Ələkbər Rəfibəyli küçəsi bina 16, ev 43 ünvanında yaşayan Kərimova Aida Zülfüqar qızı deyib. Onun oğlu, 1982-ci il təvəllüdlü Amil Kərimlini 8 oktyabr tarixində anasının gözü önünüdə maşına basıb aparıblar. Səbuhi adlı sahə müvəkkili onların evinə gəlib və koronavirusa qarşı vaksin olmaları ilə maraqlanıb:

“Oğluma dedi ki, sizin adınız departamentin siyahısında yoxdu. Mən də dedim ki, bizim adımız Departamentdə deyil, portalda olalıdır. Biz Asan xidmətə gedib vaksin olunmuşuq. Mənim adım çıxdı, oğlumun adı çıxmadı. Səbuhi dedi ki, gəl düş aşağı. Dedim axı birgə gedib iynə vurdurmuşuq, mənim adım çıxır, oğlumun adı çıxmır, bu necə olur?

Sonra gördüm oğlumu aparırı, düşdün dallarınca, dedim görüm hara aparır. Səbuhi aşağıda zəng elədi, bir maşın gəldi. Oğluma dedi ki, gəl maşına, aparat ordadı, maşında səni yoxlayacam. Maşının qapısını açan kimi bir nəfər də gəlib oğlumu maşına basdılar apardılar. Hara apardıqlarını bilmədim. Bir saatdan sonra Kəpəz rayonunun müstəntiqi Elşən müəllim gəlib qapımızı 4 nəfərlə qırırdılar. Deyirdi ki, oğlun deyir telefonum evdədi, gedin götürün. Mən də 102- yə zəng elədim. 102-dən dedilər ki Kəpəz rayonunun polis idarəsinə zəng etdik, siz qapını açın. Mən də qapını açdım. Dedi oğlunun telefonun ver, dedim ki yoxdur. Bütün evi axtardılar oğlumun telefonun tapmadılar. Gedəndə mənim notbukumu apardılar.

Gecə saat 12-də Kəpəz polis idarəsində bizə dedilər ki, sizin oğlunuzu “bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparıblar. 102-yə zəng elədim onlar da eyni sözü dedilər.

Ayın 8-də oğlumu aparıblar, bir də 20-də mənə cavab verdilər. Getdim Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, mənə dedilər ki oğlunun müstəntiqi Zabil Qurbanovdu. Dedilər ki, oğlun narkotik çəkəndi ona görə gətirmişik. Dedilər oğlunun videosu da var. Videonu mənə göstərdilər. Görüntü var idi, səs yox idi. Eləcənə oğlum başını bullayırdı, qabağında da 3 nəfər oturmuşdu”.

Aida Kərimovaya deyiblər ki, oğlu 234.4.3-lə (234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma

Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.-əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ).

Aida Kərimova deyir ki, ailəsi pensiyaya möhtac, kasıb ailədir: “Narkotik satan bu gündə yaşayr? Necə olur ki, bizim qəsəbədəki bu qədər narkomanı, oğrunu tutmursuz, mənim ibadət əhli olan, halal zəhməti ilə dolanan oğlumu tutursuz?Anaya deyiblər ki ola bilır, oğlunuzu 4 ay ərzində buraxa da bilərlər və ya ev dustaqlığına buraxarlar. Mən də başıçıxan tanışa maddəni dedim, mənə dedi ki, bu maddə ilə itthiam edilən heç kimi 4 aydan sonra buraxmırlar, sizi aldadırlar.

Amilin həyat yoldaşı 2007-ci ildə rəhmətə gedib. İki qızı var, nəvələrimin biri 2-ci, biri 4-cü sinifdə oxuyur. Bu iki uşağa Amillə mən baxıram. Atalarını aparandan uşaqların göünün yaşı qurumur. Uşaqlar hələ də ana itkisindən özlərinə gələ bilmirdi, indi də atalarının qəfil yoxluğundan darmadağın olublar”.

Qeyd edək ki, ölkədə inanclı şəxslərə qarşı represiyalar başlayıb. İnanclı şəxsləri daha çox narkotik ittihamı ilə şərləyirlər. Bundan əvvəl Gəncə şəhər sakini Fəqan Məmmədovu və digər inanclı şəxsləri narkotik ittihamı ilə şərləyib həbs ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button