ArxivXəbər lentiXəbərlər

KİV: Rusiya ABŞ sanksiyalarına görə İrana kömək edəcək

Rusiya ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların dəf edilməsi üçün mexanizmin yaradılmasında rəsmi Tehrana yardım edəcək.
qafqaz.ir  “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Mako.co.il nəşri İsrail Xarici İşlər Nazirliyinin məxfi sənədlərinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, mexanizm sentyabrın 7-də Tehranda keçirilən Rusiya, İran və Türkiyə üçtərəfli sammitində təsdiqlənib.
Məqalənin müəllifi Dana Bays “Twitter” hesabında yazıb ki, İran Xəzər dənizi vasitəsilə neftini Rusiya neftqayırma zavodlarına göndərəcək, daha sonra isə bu neft Rusiya adından beynəlxalq bazara çıxarılacaq.
Bundan başqa, jurnalist əlavə edib ki, bu mexanizmin yaradılmasını İranla nüvə sazişinin qorunmasında maraqlı olan Avropa ölkələri də dəstəkləyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button