ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kazım Fətullayev: “Azərbaycan xalqına bu böhtanı atanlar dövlət və dövlət qurumlarını sual altına alırlar”

Ruhani Kazım Fətullayev son günlərdə Qum hövzəsində təhsil alan azərbaycanlı xanım tələbələrə atılan böhtanla bağlı bir neçə məqama münasibət bildirib.

Qafqaz.ir  xəbər verir ki, K.Fətullayev bu böhtanı düzəldənləri və yayanları şərəfsiz, qeyrətsiz və iffətsiz adlandırıb:

“Əgər belə olmasaydı, xalqın iffətli xanımlarına belə bir böhtanı atmazdılar. Bu böhtanı düzəldənlər və yayanlar namus, qeyrət və iffətini pula satmış insanlardır.

Bu böhtanı atanlar həm də xalqın düşmənləridir. Çünki bu böhtanla xalqın dininə, məzhəbinə, qeyrət və iffətinə sataşırlar. Burada bir şəxsdən deyil, minlərlə böhtan atılmış şəxsdən, minlərlə ana-bacıdan söhbət gedir. Onlarıın da minlərlə qohum-əqrəbası var ki, atılan böhtan da xalqa qayıdır”.

Kazım Fətullayev sözlərinə əlavə edib ki, bu iftira ilə dövlətin rəsmi orqanları sual altına qoyulur:

“Bu iftiraya əsasən, əgər xalqın minlərlə xanımına başqa bir dövlətdə təcavüz olunursa, dövlətin heç bir rəsmi orqanı illərdir bu məsələyə niyə toxunmur? Bu o deməkdir ki, ya rəsmi orqanlar qorxaqdır, ya da qeyrətsizdir. Bu onu göstərir ki, bu, iftiradır. Allah bunların hər birinin cəzasını versin. Xalqın iffətini düşünən hər kəsin vəzifəsidir ki, bu məsələyə etiraz etsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button