ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

İzdivacın asan tutulması

 

Bu günləri izdivacın çətin tutulması və bər-bəzəkli şəkildə həyata keçirilməsi cəmiyyətdə izdivac yaşının yuxarı qalxmasına səbəb olmuşdur.

Valideynlər izdivacda çətinlik yaradan məsələləri qırağa qoymalı, övladlarının xoşbəxtliyini düşünməlidirlər. Bəşəriyyətin ən üstün şəxsi həzrət Məhəmməd (s) öz qızının toyunu çox sadə şəkildə təşkil etdi ki, insanlara xoşbəxtliyin sadə və bər-bəzəkdən uzaq yaşayışda olduğunu göstərsin.

 

Ayə

“(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə gözünü dikmə! Rəbbinin ruzisi daha xeyirli və daha baqidir.”

(“Taha” surəsi, ayə 131)

 

Hədis

Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi yüngül olsun və asanlıqla hamilə qalsın.”

(“Kənzül-ümmal”, c. 16, səh. 322)

 

Ənənə

Özlüyümdə düşünürdüm ki, Peyğəmbər (s) qızı üçün misli görünməmiş toy mərasimi təşkil edəcək. Xüsusilə də Fatimə (ə) onun tək övladı və qəlbinin meyvəsi idi. Əliyə (ə) dedim: – Peyğəmbər (s) qızı üçün mehriyyə olaraq səndən nə istəyib?

Əli (ə) buyurdu: – Allahın rəsulu (s) məndən soruşdu: “Qızımla evlənmək üçün nəyin var?” Dedim: – Bütün sərvətim bir qılınc, bir zireh və bir dəvədən ibarətdir. Həzrət buyurdu: “Qılıncı saxla, çünki sən müharibə və cihad adamısan. Dəvə də sənin dolanışığın üçün zəruridir və mən sənin üçün çətinlik yaratmaq istəmirəm, həmin zireh bəsdir.” Mən də zirehi satıb ortaq həyat üçün lazım olan şeyləri hazırladım.

(“Biharul-ənvar”, c. 43, səh. 127)

 

Hekayə

Toy mərasimi bitdikdən sonra tutulmuş vəziyyətdə onun yanına gedib dedim:

– Qız, bu nə deməkdir? Bu toydur axı. Nə üçün adət-ənənəni tapdalayırsan?

Təəccüblə mənə baxırdı. Sözüm qurtardıqda gülərək mənə dedi:

– Mən və Həmid əhd etmişdik ki, əvvəldən yaşayışımızda sadə olaq. Həmid dedi ki, bu cür dağıtmaq israfdır və Allah buna razı deyil.

– Bəs adət-ənənə mühüm deyil, qız?

– Şücaət təkcə döyüşməkdə və onun kimi işlərdə deyil. Şücaət odur ki, səhv adət-ənənəyə tabe olmayasan.

(“Partizan”, səh. 35-36)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button