Aktual

İtlərə belə sahib çıxırlar

Azərbaycan hakimiyyəti hətta küçə itlərinə sahib çıxır ancaq şiə müsəlmanlarna nəinki sahib çıxır hətta onların təbii hüquqlarını belə tanımır və onları məhv etməklə məşğuldur.

Oktyabrın 31-də Bakıda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna start verildi və yüzlərlə xaricdən gəlmiş müxtəlif peşə sahibləri olan qonaqların qarşısında prezident İlham Əliyev nitqlə çıxış etdi.

Uzun çıxışında İlham Əliyev dünyada iqtisadi krizis, etnik münaqişələr, qeyri stabil siyasi bir şəraitin höküm sürdüyünü xatırladaraq bildirdi ki, Azərbaycanda iqtisadiyyat analoqu olmayan sürətlə inkişaf edir, ölkədə sabitlik höküm sürür, dini, milli zəmində isə heç bir qarşıdurma mövcud deyil.
Azərbaycanda bütün dinlərin mənsubları dinc və mehriban şəraitdə yaşayır. Burda hakimiyyət bütün dinlərə böyük qayğı və məhəbbətlə yanaşır. İlham Əliyevlə razışalmaq olardı, ancaq bir istisna ilə, o da budur ki, Azərbaycanda hakimiyyətin təzyiq və represiyaları nəticəsində şiə müsəlmanları çox böyük basqı altındadır.
Ölkədə 3 ildir hicab qadağası var və yüzlərlə hicab məhbusu həbslərdə min bir işgəncəyə məruz qalır, şiə fəallarının həbsləri hələ də davam edir.
Şiə məzhəbinə aid dini kəsim özünü müdafiəsiz durumda görür və bunu dilinə gətirməyə belə qorxur. Bu elə bir dövrdə baş verir ki, İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda küçə itləri və yiyəsiz itlər üçün geniş, böyük bir sığınacaq mərkəzləri tikdirir, bu itlərə hər cür müasir formada qayğı göstərilməsi üçün şərait yaradılır və belə layihələrə külli miqdarda pullar xərcləyir.
İstər istəməz qəti şəkildə elə bir fikir formalaşır ki, Azərbaycan hakimiyyəti hətta küçə itlərinə sahib çıxır ancaq şiə müsəlmanlarna nəinki sahib çıxır hətta onların təbii hüquqlarını belə tanımır və onları məhv etməklə məşğuldur. Yəqin bu gedişlə gələcəkdə şiə müsəlmanı olduğunu iddia edən adamlar cəmiyyətdə qalmayacaq ya da azadlıqda qalmayacaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button