ArxivXəbər lentiXəbərlər

“İtirilən hər bir gənc Azərbaycanın gələcəyindən düşən kərpicə bənzəyir”

Akif Heydərli: “Bu gün radikal dini cərəyanlarla mübarizə aparılsa da, köklü şəkildə həyata keçirilmir”

 

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı radikal dini qruplaşmaların Azərbaycanda baza yaratmağa cəhd etdiyini deyib.  Mübariz Qurbanlı radikal cərəyanların ölkədə çoxdan peyda olduqlarını dilə gətirib. Bu açıqlama ilə komitə sədri etiraf edib ki, radikal dini cərəyanlar ölkədə silahlı baza yarada bilməsələr də, sosial bazaya malikdirlər.  Bu təhlükə mənbəyi haqqda istər media vasitəsi ilə, istərsə də, digər səviyyələrdə kifayət qədər danışılsa , həyəcan təbilinin çalınmasının vacibliyi vurğulansa da, nəticənin müsbət məcrada deyil, mənfi istiqamətə yön aldığı görünür.

 

Bəs görəsən radikal dini cərəyanlarla, xüsusilə vəhabizmlə mübarizədə hökumətin atdığı addımlar qənaətbəxşdirmi?

 

İslaminSesi mövzunu politoloq Akif Heydərli ilə müzakirə edib. Politoloq bildirib ki, Azərbaycan, əhalisinin 97 faizi müsəlman olan bir ölkədir.  Azərbaycanda Sovet hakimiyyəti illərindən bu günə kimi qeyri-ənənəvi radikal dini cərəyanlar olmamışdır. Lakin təəssüflər olsun ki,  Sovet dönəmindən sonra Azərbaycanda vəhabizm, nurçuluq və digər qondarma dini təriqətlər yayılmağa başladı. Həmçinin bir sıra ərəb ölkələrindən, əsasən də Səudiyyədən maliyyələşən, qeydiyyatdan keçən, Əbu-Bəkr məscidində vəhabizm ideologiyası adı altında təxribatçı fəaliyyət göstərən qruplarcəmiyyətə nüfuz etməyə başladılar.  AİP olaraq 2000-2002-ci illərdə bu haqda mətbuatda geniş açıqlamalarla çıxış etdik.  O dövrdə bəzi rəsmi dairələr Azərbaycanda hər hansı bir balans yaratmaq fikri ilə, yaxud xəstə təfəkkürlə  düşünərək bu cür ideologiyanın yaranmasına  göz yumdular və maraqla yanaşdılar.  Sonradan bu dairələrin əslində maddi maraqlarının olduğu ortaya çıxdı.  Məhz bu saxta maraqlar vəhabizmin ölkəyə ayaq açması ilə nəticələndi və hətta bəzi Azərbaycan vətəndaşlarının terrorçu dəstələrə qoşularaq Suriyaya axın etməsi müşahidə olundu.  Dəfələrlə bu gedişlərin bir qayıdışının olacağı barədə ictimaiyyəti xəbərdar etməyə çalışdıq.  Ölkə üçün təhlükə yarandığını bəyan etdik.  Elə müəyyən vaxtlarda da ayrı-ayrı regionlarda yaranan insidentlər bu təhlükənin real olduğunu sübuta yetird. Doğrudur hüquq mühsafizə orqanları tərəfindən insidentlərin qarşısı alındı və radikal dəstə üzvləri həbs olundu. Amma təəssüflər olsun ki, bu gün radikal dini cərəyanlarla mübarizə aparılsa da, köklü şəkildə həyata keçirilmir.  Bu gün radikal vəhabi və digər cərəyanların nümayəndələri məscidlərə yiyələnməyə, gəncləri yoldan çıxararaq İraq, suriya kimi dövlətlərə aparmağa cəhd edirlər.  İtirilən hər bir gənc isə Azərbaycanın gələcəyindən düşən kərpicə bənzəyir.  Azərbaycan gəncinin bu gün radikal cərəyanlara qoşularaq həyatını məhv etməsi sağlam gələcəyimizin təhlükə altına düşməsi deməkdir.  Ona görə də, bu məsələlərə hüquqi qiymət verilməli və mübarizə gücləndirilməli, köklü-planlı şəkildə həyata keçirilməlidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button