AktualAktualArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İsveçdə Quranın yandırılması küçə iğtişaşlarına səbəb oldu

İsveçin cənubunda ən azı 300 nəfər etirazçı bu ölkədə anti-İslam hərəkətlər əleyhinə aksiyaya qoşulub.

Qafqaz həqiqətləri “Reuters”-ə istinadla xəbər verir ki, İsveç polisinin sözçüsü deyib: “Etirazçılar polisə qarşı müxtəlif əşyalar atıblar və avtomobil şinlərini yandırıblar.”

Bu etiraz aksiyası cümə günü sağ cinah radikallarından ibarət bir qrupun Quranı yandırmasından sonra baş tutub.

İsveçin cənubunda yerləşən Malmö polisinin sözçüsü deyib: “Vəziyyət bizim nəzarətimizdən çıxıb, amma vəziyyətə nəzarəti ələ almağa və sakitləşdirməyə səy edirik. Bu aksiya ilə Quranın yandırılması arasında əlaqə vardır. Etirazlar Quranın yandırılmasından sonra baş vermişdir.”

İsveçdə çapdan çıxan “Aftonbladet” qəzeti bu barədə yazıb: “Malmö şəhərində İslam əleyhinə bir neçə hərəkət baş vermişdir. O cümlədən prospektlərin birində 3 nəfərin Qurana hörmətsizliyini göstərmək olar.”

Bu ölkədə İslam əleyhinə hərəkətlər danimarkalı “Hardline” sağçı partiyanın sədri Rasmus Paludana Malmöda konfrans keçirməyə icazə verilməməsi və onun İsveç sərhədində saxlanılmasından sonra baş verdi.

Malmö polisi isə onun saxlanması haqda öz açıqlamasında bildirib ki, R. Paludan İsveç qanunlarını pozmuşdur və onun hərəkətləri cəmiyyətin əsas maraqlarının əleyhinə təhdid və təhlükə sayılır.

Paludan cümə günü müsəlmanlar əleyhinə aksiya təşkil etmək üçün İsveçin cənubuna səfər etmək istəyirdi. O, Quranı yandırmaq üçün çağırış etmişdi.

Polisin bildirdiyinə görə, Paludan viza almaq üçün ərizə vermişdi, lakin onun, yoldan ötənlərin və ona qarşı aksiya keçirən müxaliflərin canının qorunmasına təzmin olmadığı üçün viza verilməmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button