ArxivXəbər lentiXəbərlər

Ölkənin ən böyük banklarının birində ixtisarlar başlayıb

“Bank Technique” ASC-də ixtisarlar aparılıb.
Bankdan daxil olan məlumatda bildirilir ki, “Bank Technique” mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar, bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb.
“Son vaxtlar kütləvi informasiya vasitələrində “Bank Technique” fəaliyyəti barədə heç bir əsası olmayan fikirlər səsləndirilir. “Bank Technique” bəyan edir ki, üzləşdiyi çətinliklərə rəğmən, öz fəaliyyətini davam etdirir və yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir”, – deyə məlumatda vurğulanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button