AktualAktualArxivXəbər lentiXəbərlər

İran şiə Qızılbaş geyimi bərpa ediləcəkdir

Mühəqqiq Ərdəbili universiteti Azərbaycan mədəniyyəti inkişaf dəftərinin müvəqqəti rəisi demişdir: Mühəqqiq Ərdəbili universiteti Azərbaycan mədəniyyəti inkişaf dəftəri tarix və sənət kafedrasının iştirakı ilə tarixdə birinci dəfə olaraq  İran şiə Qızılbaş geyimini bərpa etmək əzmindədir.

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Səccad Hüseyni müxbirlərlə danışığında geyimin əsas hissəsinin Qızılbaş papağı olduğunu bildirərək demişdir: Papaq haqqında, onun forma və cinsi haqqındakı məlumatımız Səfəvi, Osmanlı və Özbək tarixçiliyinə, eləcə də o dövrlərdən qalan miniatürlərə əsaslanır.

O, əldəki məlumatlara əsasən Səfəvi sülaləsinin sufiliyi siyasi cərəyana çevirmək fikrində olduğunu bildirərək artırmışdır: bu istiqamətdə regionun Osmanlı, Temurilərin qalıqları, Ağqoyunlu türkmənləri və digər siyasi qruplarla fərqlənməyin böyük əhəmiyyəti vardı və o vaxtkı dünyada belə fərqlənmələr papaqlarla olurdu.

Hüseyni açıqlamışdır: şah İsmayılın atası şeyx Heydər müəyyən bir mərhələdə bildirmişdi ki, yuxuda şiə məzhəbi şəxsiyyətlərindən biri – qaynaqların çoxu onun həzrət Əli olduğunu vurğulayır- onlara demişdir ki, müridlərindən on iki zolaqlı qırmızı papaqdan istifadə etməyi istəsinlər.

Mühəqqiq Ərdəbili universiteti Azərbaycan mədəniyyəti inkişaf dəftərinin müvəqqəti rəisi davam etdirmişdir: o vaxtdan etibarən Azərbaycanın bütün börkçülərinə belə papağın tikilməsi tapşırılmış və Səfəvi sülaləsinin bütün müridləri həmin papaqdan istifadə etmişdir.

O xatırlatmışdır: papaqdakı on iki zolaq on iki imamlı şiələrin gerbidir. Qırmızı rəngə gəldikdə isə bu rəng şiəlik təfəkküründəki bəzi məfhumları, qanın qılınca qələbə çalmasını, müvcud siyasi sistemə qarşı üsyan məfhumlarını daşıyır.

Hüseyni demişdir: Qızılbaş papağı yüksək dəyərə malik idi. Belə ki, Qızılbaşlar hətta matəm mərasimlərində başaçma ənənəsindən həmin papağın əhəmiyyətinə görə vaz keçirdilər. Mühəqqiq Ərdəbili universiteti Azərbaycan mədəniyyəti inkişaf dəftərinin müvəqqəti rəisi artırmışdır: sonrakı mərhələlərdə Qızılbaş geyiminin digər hissələri də bərpa olunacaq və cari ilin payızında həmin universitetdə keçiriləcək İran və Anadolu qızılbaşları konfransında təqdim olunacaqdır.

O artırmışdır: papaq indiyə kimi nə İranda, nə də qonşu ölkələrdə elmi şəkildə bərpa olunmamışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button